2006- il mayın 25- Düşənbə şəhərində imzalanmış "Rusiya dövlət kitabxanası" Federal Dövlət İdarəsinə kitabxana işi sahəsində əməkdaşlıq üzrə Müstəqil Dövlətlər Birliyinin iştlrakçısı olan dövlətlərin baza təşkilatı statusunun verilməsi haqqında Qərar"ın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1.  2006- il mayın 25- Düşənbə şəhərində imzalanmış "Rusiya dövlət kitabxanası" Federal Dövlət İdarəsinə kitabxana işi sahəsində əməkdaşlıq üzrə Müstəqil vlətlər Birliyinin iştirakçısı olan dövlətlərin baza təşkilatı statusunun verilməsi haqqında Qərar" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamın 1-ci bəndində göstərilən sənədin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci bəndində göstərilən sənədin vvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2007-ci il

 

Azərbaycan.- 2007.- 19 avqust.- S. 4.