Fehruz Ş.
Böyük iş
Nəhayət ki, gözlənilən gün gəlib çatdı. "Cavid ömrü" filmi uzun sürən araşdırmalardan sonra tam şəkildə hazır olaraq tamaşaçıların yolunu gözləyir. Bu xəbəri bəzi informasiya agentlikləri yayıblar. Belə ki, avqustun 15-də "Yeni dalğa" prodüser mərkəzinin ofisində bir qrup ziyalı həmin filmi geniş ekranda izləyib. Prodüser mərkəzinin rəhbəri Rasim Həsənovun bildirdiyinə görə, nümayiş filmin ssenari müəllifi və rejissor tərəfindən təşkil olunub. Məqsəd də bu olub ki, həmin tanınmış ziyalılar hamıdan əvvəl filmi izləyib öz fikirlərini bölüşsünlər.
Azərbaycanda Dövlət sifarişi ilə ilk dəfə film çəkən prodüser R.Həsənov filmin çəkilişini təşkil etdi. Çəkilişdən ötrü xaricdən texniki avadanlıqlar gətirdi və s. Deməli, öz işinin öhdəsindən gəldi. Qaldı digər vacib məsələlər, Filmin rejissoru Ramiz Həsənoğlu "Cavid ömrü"nün çəkilişləri başlamamış, "Kino+" qəzetinə müsahibə verərkən bildirmişdi ki, o, heç vaxt zəif ssenariyə film çəkməyi özünə sığışdırmayıb. Həmin cümlədən sonra hələ uşaqlıqdan sənətinin vurğunu olduğum Ramiz müəllimə simpatiyam bir az da artdı. Deməli, rejissor təsdiq edir ki, ssenari yaxşı vəziyyətdədir. Bu gün artıq rejissor da öz işini bitirib. Qalır tamaşaçıların və tənqidçilərin rəyi.
İlk böyük işimiz
Müstəqillikdən sonra Azərbaycan kinosunda ən böyük layihə kimi "Cavid ömrü" tarixə düşür. "Yeni dalğa" yəqin ki, gələcəkdə də bununla fəxr edəcək. Üstəlik film uğurlu alınıbsa mərkəzin işləri bir az da "xod" gedəcək. Necə deyərlər, istəməyənin gözü çıxsın. Yuxarıdakı cümlədə "alınıbsa" sözünü ona görə işlətdim ki, mən bu filmi artıq izləmişəm. Həmin vaxt filmin musiqisi və kənar səsləri yazılmamışdı, ancaq aktyorların səsi var idi. Film haqqında öz fikrimi bildirmək məncə, tezdir.
Kino ictimaiyyəti əsəri izlədikdən sonra o barədə fikir bildirmək daha düzgün olar.
Nə isə, qayıdaq tarixə düşəcək filmin
vəziyyətinə. Prodüser də, rejissor da öz
işini gördü.
Qalır filmi izləmək ki, orada rejissorun nəyə nail olduğundan
xəbərimiz olsun. Və bundan sonra filmin
uğurlu alınıb,
alınmaması haqqında
hamı danışa biləcək.
Aldığımız məlumata görə,
"Cavid ömrü"
sentyabrda baş tutacaq "Şərq-Qərb"
festivalında nümayiş
olunacaq. Düşünürəm ki, festivalın
proqramına daxil olunubsa bu, filmin
uğurudur.
Hər halda istəməzdim ki, müstəqilliyimizin
ilk böyük film layihəsi
tarixə zəif film kimi düşsün. Avqustun 15-də filmin bir qrup
ziyalı üçün
nümayişi maraqlı
bir paralel aparmağıma səbəb
oldu.
Dostların bir-birini nəyəsə qonaq etməsi adi haldır. Mədəniyyətimizin inkişaf etdiyi bir dönəmdə müəllifin öz dostlarını filmə qonaq etməsi çox müsbət haldır.
Kino+.- 2007.- 17avqust.- S. 5.