Fikrət Əmirov haqqında film çəkilib

 

Bir çox sənətkarlar haqqında 90-dan çox ekran əsərinə həyat verən reyissor Arif Qazıyev bu yaxınlarda bəstəkar Fikrət Əmirov haqqında sənədli-musiqili filmini Film Fonduna təhvil verib. "Mən səni araram" adlanan filmdə A.Qazıyev bəstəkara məxsus tarixi kadrlarla yanaşı, onun haqqında ekranlaşdırılan iki filmdən istifadə edib. Ekran işində həmçinin Fikrət Əmirovun uşaqlıq gənclik illəri, royal arxasında fəaliyyətindən bəhs olunub. Gəncə çayının təsviri ilə başlayan kinolentdə bəstəkarın qızı Sevil xanım, nəvəsi Nəzrin Fikrət Əmirov mahnıları ilə sənətə gələn Xalq artisti İlhamə Quliyevanın söhbətləri əksini tapıb. Qeyd edək ki, film sentyabrda ekranlara çıxarılacaq.

 

Kaspi.-2007.-4 avqust.-S.20.