Xatun
Bütün
telekanallar öz film paketlərini təqdim etmişlər
Efirdə baş
verəcək qanun pozuntularına İqtisadi İnkişaf
Nazirliyinin departamentində baxılacaq
Azərbaycanda xarici
filmlərin 30 faizi qeyri-qanuni yayımlanır. Bu filmlər yayımlanarkən
heç bir müəlliflik hüququ qorunmur" - bu
fikirlər Mədəniyyət və Turizm Nazirliyinin
filmlərin dövlət reyestr sektorunun müdiri Müşfiq
Hətəmova məxsusdur. O bildirib ki, əvvəllər bu
göstərici daha yüksək olub. Hətta xarici
filmlərin, demək olar ki, 90 faizə yaxını yayımlanarkən
onların müəllif hüquqları pozulurdu.
M.Hətəmovun sözlərinə görə, bu faiz
günü-gündən aşağı düşür:
"Deyərdim ki, proses çox güclü
şəkildə gedir. 2008-ci ilin əvvəlinədək
Azərbaycan bu sahədə keçmiş MDB
dövlətləri arasında öndə gedən respublika olacaq".
İndi reyestr tərəfindən 1600-ə yaxın xarici film
qeydiyyata alınıb. Sektor müdirinin sözlərinə
görə, artıq bütün telekanallar öz film
paketləri ilə reyestr sektoruna müraciət edib. Bu
yaxınlarda onların qeydiyyatdan keçmələri
gözlənilir. Bundan başqa, sözügedən qurum
sektorda vəziyyəti tənzimləmək üçün
yeniliklər tətbiq etmək niyyətindədir. Belə ki,
bundan sonra tamaşaçılar 3 yaş qrupuna ayrılacaq -
12-yə qədər, 12-18 yaş arası və 18-dən
yuxarı. M.Hətəmov bildirdi ki, artıq hər bir yaş
qrupu üçün müxtəlif efir vaxtı təyin
edilmişdir. Filmlərin yayımı zamanı baş
verəcək qanun pozuntusu ilə əlaqədar isə
İqtisadi İnkişaf Nazirliyinin antiinhisar departamentinə
müraciət olunacaq.
Ayna.-2007.- 7 avqust.-S.8.