İbrahimova S.
Azərbaycan Hollivudla ayaqlaşmaq iddiasındadır
Kinoda baş verəcək çevriliş bunu deməyə əsas verir
Ölkə başçısının
Azərbaycanda kino sənətinin inkişafı
ilə bağlı sərəncamı Kino Günü ərəfəsində
vacib məsələlərdən
birinə çevrilib.
Kinematoqrafçılar İttifaqının
katibi Abbas Əliyevin fikrincə, Azərbaycan kinematoqrafiyasının
sərəncama böyük
ehtiyacı vardı:
"1975-ci ildən kinematoqrafiyanın
nə mənəvi, nə də maddi imkanı yox idi. Buna
baxmayaraq, dünya kinosu güclü şəkildə inkişaf
edirdi. Hər yarımildən bir texnologiya təzələnirdi.
Məhz buna görə də Azərbaycan bu sahədə çox geridə qalırdı. Ölkə başçısının
məlum sərəncamı
bu geriləməni aradan qaldıracaq. Bütün kinematoqrafçılar
kimliyindən, işindən
asılı olmayaraq, böyük ümidlə təkliflər paketinin təsdiqini gözləyirlər".
Rüstəm İbrahimbəyovun
təşəbbüsü ilə Kino məktəbinin
fəaliyyətini sıçrayış
adlandıran A.Əliyev
hesab edir ki, məktəbin dövlətin qayğısına
ehtiyacı var. Əks təqdirdə onun fəaliyyətində
axsamalar yarana bilər: "Kino məktəbində yalnız
ali təhsilli məzunlar oxuyacaqlar. Sənət ocağı onların püxtələşməsində,
dünya bazarına inteqrasiyasındatəkan rolunu
oynayacaq. Düzdür,
Mədəniyyət və
İncəsənət Universitetində
də kino təhsili sahəsində müəyyən addımlar
atılır. Amma orada müasir texnikanın istifadə qaydaları öyrədilmir.
Bu kimi parametrləri
nəzərə alıb
Kino məktəbini açmışıq. Onlar
müəyyən vaxt
burada təcrübə
kursları keçəcəklər.
Bir neçə ildən sonra onların potensialı ictimaiyyətə, xüsusilə
də kino xadimlərinə məlum olacaq".
Kinematoqrafçılar İttifaqının
katibi əlavə etdi ki, məktəbdə
təhsil alan gənclərə xaricdə
də təcrübə
kursları keçmək
imkanı veriləcək.
Onun fikrincə, tələbələrin mübadilələrə
böyük ehtiyacı
var: "Xarici avadanlıqların dilini bilmək üçün
öncəonları xaricə
göndərmək, sonra
avadanlıqları bura
gətirmək lazımdır"
- deyə o bildirdi.
Dövlət Film Fondunda aparılan təmir işlərindən
söz salan kino xadimi qeyd
etdi ki, Rusiya arxivlərində qorunan Azərbaycan filmləri bura gətiriləcək. Onların
şərait üzündən
Rusiya arxivlərində
saxlanıldığını etiraf edən A.Əliyev sərəncamdan
sonra bu və ya digər
qlobal məsələlərin
həllini tapacağını
söylədi. Eyni zamanda qeyd etdi
ki, daşınma prosesi 2008-ci ildən başlayaraq qarşıdakı
on illiyi əhatə edəcək.
A.Əliyev onu da qeyd etdi
ki, Film Fondunun standartlara uyğun fəaliyyəti istiqamətində Mədəniyyət
və Turizm Nazirliyinin yaradıcı qrupu çalışır.
Binanın yenidən qurulması və digər vacib işlər onların öhdəsindədir.
Ölkə başçısının
məlum sənərcamından
irəli gələn məsələlərdən biri
də kinoicarənin yenidən qurulması məsələsidir. Bu barədə söz salan həmsöhbətim:
"Sirr deyil ki, Azərbaycanda kinoicarə pis vəziyyətdədir. Bununla
bağlı yeni kinokomplekslərin tikintisi nəzərdə tutulub. Həmin binalar dünya standartlarına cavab verəcək. Yeni kinoteatrlar iri zalları, avadanlıqları və müasir görünüşü
ilə diqqəti cəlb edəcək. Eyni zamanda, burada
kafelər, attraksionlar
fəaliyyət göstərəcək.
İnsanları kinoya cəlb etmək naminə onların bütün istirahətlərini
təmin etmək qərarına gəlmişik.
"Nizami" qədimkinoteatr
olsa da, təmirdən sonra standartlara cavab verən ilk kinokompleks olacaq. Belə nəzərdə tutulub ki, yenidənqurma
işləri başa çatdıqdan sonra bütün beynəlxalq kino festivalları həmin ünvanda keçirilsin. Hazırda isə həmin stantdartlara cavab verən kinoteatr yalnız "Azərbaycan"dır. Amma oranın tamaşaçı
tutumu ürəkaçan
deyil. Böyük zala 180 nəfər tamaşaçı ancaq toplamaq mümkün olur. Hazırda təmir işləri gedən Heydər Əliyev adına Sarayda da kino
qurğularının quraşdırılması
nəzərdə tutulub.
Bununla orada da festivallar keçirmək mümkün
olacaq" - dedi. "Uşaqlar üçün
xüsusi zalların tikilməsi nəzərdə
tutulub?" sualını
cavablandıran A.Əliyev
qeyd etdi ki, bu, daima
diqqət mərkəzində
olub. Sadəcə, kinodakı çatışmazlıqlar
bunu həyata keirməyə imkan verməyib: "Bir çox kinematoqrafçılar
sovet ittifaqı dağıdıldıqdan sonra
hansı işlə istədi, məşğul
oldu. Bəziləri su satırdı, bəziləri sürücülük
edirdi. Bunların hamısı geridə qoyduğumuz keçid dövrünün qurbanları
idi. Peşəkarları
yenidən kinoya cəlb etmək üçün əlimizdən
gələni edirik. Bu gün - sabah
yeni avadanlıqlar gətiriləcək, böyük
layihələr həyata
keçiriləcək. Cavanlar
onların öhdəsindən
tək gələ bilməzlər. Ağsaqqallara
həmişə ehtiyacımız
var. Bir müddətdən sonra
"Azərbaycanfilm" Kinostudiyasının
təmiri də yekunlaşacaq. Artıq səviyyəli və dünya bazarına çıxarılası ekran
işi ərsəyə
gətirmək üçün
heç bir çətinliyimiz qalmayacaq
Kaspi.-2007.-4 avqust.-S.18.