Cizgi filmləri Azərbaycana gətirilib

 

"Yeni Dalğa" prodüser mərkəzində bərpa olunan ekran

işləri yaxınlarda balacaların ixtiyarına veriləcək

 

Azyaşlıların çoxdan izləyə bilmədikləri Azərbaycana məxsus cizgi filmləri yenidən ekranalara çıxarılacaq. Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə Rusiyanın Dövlət Film Fondunda saxlanılan 30-dan yuxarı Azərbaycan filmi alınaraq ölkəyə gətirilib. Bunların arasında bədii sənədli filmlərlə yanaşı, 20 cizgi filmi var. Nazirlikdən verilən məlumata görə, həmin lent yazıları bərpa olunmaq məqsədi ilə ötən həftə "Yeni Dalğa" prodüser mərkəzinə təqdim edilib. Qurumun məlumatında bildirilir ki, Rusiya Dövlət Film Fondundan alınan ekran əsərləri içərisində 1959-cu ildə çəkilən "Kirpi alma", 1970-ci ildə lentə alınan "Fitnə", 1974-cü ildə ekranlaşdırılan "Tülkü həccə gedir" 70-ci illərin məhsulu olan "Şah nökər", "Qız qalası haqqında əfsanə" digər cizgi filmləri var.

Mədəniyyət Turzim Nazirliyinin məlumatına görə, cizgi filmlərinin bərpası tam başa çatdırıldıqdan sonra onlar Dövlət Film Fondunatəqdim olunacaq. Yaxın gələcəkdə animasiya filmləri balaca seyrçilərin ixtiyarına veriləcək.

 

Kaspi.-2007.-10 avqust.-S.17.