Kinoya dair təkliflər paketi Nazirlər Kabinetinə təqdim olunub
Əsas hədəf Azərbaycan kinosunun dünyada tanınmasıdır
Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Kinematoqrafçılar
İttifaqı ilə
birgə kino sahəsinin inkişafına
dair hazırladığı
təkliflər paketini
Nazirlər Kabinetinə
təqdim edib. Bu barədə Azərbaycan Kinematoqrafçılar
İttifaqının katibi
Abbas Əliyev məlumat verib. O bildirib ki, təkliflər dövlət
başçısının kino sahəsinin inkişafı ilə bağlı imzaladığı
sərəncam əsasında
hazırlanıb. İttifaq
katibinin sözlərinə
görə, hazırlanan
təkliflər paketində
Azərbaycan kinosunun beynəlxalq bazara çıxarılması və
yeni texnologiyaların istehlakı, beynəlxalq səviyyəyə cavab verəcək filmlərin hazırlanması
üçün dövlət
tərəfindən yetərincə
vəsaitin ayrılması,
yeni yaradılan Kino Məktəbinin dövlət tərəfindən
himayəyə götürülməsi,
müasir avadanlıqların
alınması yer alıb. A.Əliyev əlavə edib ki, təkliflərdə əsas hədəf kimi Azərbaycan kinosunun beynəlxalq səviyyədə tanınması
üçün dünya
standartlarına cavab verəcək filmlərin hazırlanması göstərilib.
"Eyni zamanda, gənc
və professional mütəxəssislərin yetişdirilməsi
və kinoya cəlb olunması təklif olunub. Hazırda Nazirlər Kabinetində hazırlanan təkliflər paketinə
baxılır. Nazirlər
Kabineti təkliflərimizi
təsdiq etdikdən sonra dövlət başçısına təqdim
olunacaq" - deyə
A.Əliyev qeyd edib.
Kaspi.-2007.-3 avqust.-S17.