Əsədova G.

 

“Kitaba belə münasibət dözülməzdir”

 

Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyası "Kitabxana işi haqqında" qanunlar üzərində iş aparır. Bu o deməkdir ki, gələcəkdə kitabxanaların fəaliyyət mexanizmində köklü dəyişiklik görəcəyik. Mədəniyyət Turizm naziri Əbülfəs Qarayevsə lazımsız kitabxanaların işinin dayandırılacağı ilə bağlı açıqlama vermişdi. Nazirliyin kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova KİV- ə verdiyi məlumatda kitabxana filiallarının bağlanılmasının nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, filiallar bağlandıqdan sonra onlara ayrılan vəsait bir kitabxanaya qoyulacaq. Sektor müdirinin sözlərinə görə, artıq bununla bağlı layihələr işlənilib. Proqram təsdiq olunandan sonra işə başlanacaq: "Kitabxanaların böyük əhəmiyyəti var bu obyektlərdə çalışanları işsiz qoya bilmərik. Amma bununla bağlı ilkin layihələr var. Prezidentin dövlət proqramını təsdiq etməsini gözləyirik. 4 rayonda layihənin gerçəkləşdirilməsinə başlamışıq. Bu rayonlarda bir-birinə yaxın yerləşən kitabxanalan bağlaması planlaşdırılıb".

Böyük proqramlar o zaman dəyərli olur ki, onlar sıravi vətəndaşların həyatında müsbətə doğru dəyişiklik yaratsın. Ömrünü kitabların təbliğinə həsr eləmiş, onlarla canlı ünsiyyətdə olan, dünyaya kitablardan boylab baxan Nəzakət xanım Soltanova belə sıravilərdəndir.O, Asəf  Zeynallı adına orta musiqi məktəbinin piano şöbəsini bitirsə özünü başqa sahəyə həsr edib. Sonralar Bakı Mədəni-Maarif texnikumunun kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib. Oranı uğurla başa vurduqdan sonra, peşə texniki məktəblərindən birində kitabxananın rəhbəri vəzifəsində işləyib.1995-ci ilin sentyabrından A.S.Puşkin adına ictimai-kütləvi kitabxanada işləyir. Sonralar həmin kitabxanaya rəhbər təyin olunub.

Puşkin adına kitabxana 1929-cu ildə yaradılıb. Azərbaycan, rus uşaq şöbələri olan kitabxanamn fondunda 90 minə yaxın kitab var. "İnsanların həyatında kitabların rolu müstəsnadır. Kitablar müxtəlif dövrlərin təsəvvürlərini özündə əks etdirir, onlarda yeni ideyalar, yeni elmi məlumatlar nəticələr, təbiətin, cəmiyyətin hadisələri qanunları haqqında anlayışlar ifadə edilir. Kitab gənclərin mənəvi aləmini zənginləşdirir, onlara həyatda yaşamağı işləməyi öyrədir. Məhz buna görə xalqın zəruri ehtiyac duyduğu kitabxanaların fəaliyyətinin təkmilləşməsinə hər vasitə ilə çalışmaq lazımdır - deyən Nəzakət xanım bildirir - bu məqsədləri həyata keçirən kitabxanaçı yaxşı təşkilatçı olmadır. O, kitabxananın bütün işlərini dəqiq istiqamətləndirməlidir. İctimai təşkilatları cəlb etməyi, fəal kitabxana sevərləri və kitabxana dostlarını kitabxana ətrafında birləşdirməlidir.Nəhayət, kitabxanaçı fasiləsiz olaraq öz biliyini zənginləşdirməli və həmişə mütaliə etməlidir".

N.Soltanova kitabxananın ən böyük nailiyyəti onu hesab edir ki, yaradıldığı dövrdən bu günə qədər minlərlə insanı özünə cəlb edərək, onların elm, sənət sahəsində yüksək dərəcədə inkişafına, maariflənməsinə yardımçı olub. 2005-ci il kitabxananın işçisi Nəzmiyyə Şahbazova Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin diplomuna layiq görülüb. N. Soltanova da kitabxananın rəhbəri kimi Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Fəxri Fərmanına layiq görülüb. Hazırda kollektiv kitabxana fondunu latın əlifbasına transliterasiya olunmuş elmi və bədii kitablarla zənginləşdirməyə çalışır. Bir əsrdə dörd dəfə əlifba dəyişikliyi həyata keçirilməsinə fikri o qədər də müsbət olmayan N.Soltanova kitabların çoxu kiril əlifbası ilə nəşr olunduğunu və latın əlifbasına transliterasiya hələlik qaneedici həcmdə olmadığını deyir. Bir başqa problem ondadır ki, keçidlər zamanı bəzi qiymətli əsərlərin keyfiyyətli çevrilməməsi və ixtisarlar nəzərə çarpır: "Mən inanıram ki, ölkə prezidenti cənab İlham Əliyevin nəşriyyat və nəşrlər barədə verdiyi sərəncamlar bu sahədə olan nöqsanları aradan qaldıracaq. Yeni nəsil kifayət miqdarda latın əlifbası ilə nəşr olunan elmi və bədii kitablarla təmin olunacaq".

Adətən, kitabxana işçiləri oxucuların kitabxanaya gəlmələrindən gileylənir. Əslində filialların bağlanma səbəbi də bununla bağlıdır.

N.Soltanova isə qeyd edir ki, müasir oxucuların kitabxanaya davamiyyəti azalsa da inadkar oxucular da çoxdur: "Oxucularımızın çoxu orta məktəb şagirdləridir. Bunlardan əlavə kitabxanamıza cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri də müntəzəm müraciət edirlər. Həkimlər, müəllimlər, tələbələr, təqaüdçülər sayca daha çoxdur".

Artıq inkişaf etmiş Qərb ölkələrində olduğu, kimi, Azərbaycanda da kitabxanaların kompüterləşdirilməsinə, elektron kitabxanaların yaradılmasına başlanıb. Nəzakət xanımın fikrincə, kitabxanaların kompüterləşdirilməsi başqa kitabxanalarla əlaqə saxlamağa, zəruri məlumatların intensiv mübadiləsinə əvəzsiz kömək edir. Həmçinin oxucuların ən qısa vaxt ərzində kitabxananın fondu ilə tanışlığına şərait yaradır: "Külli miqdarda kitab kitabxana saytlarının yaradılması ən yeni nəşrlərlə ən son məlumatlarla tanış olmaq imkanı qazanırıq. Mən arzu edirəm ki, bəzi kitabxanalarda reallaşan texniki tərəqqinin nailiyyətləri Puşkin adına ictimai kitabxananın həyatında dönüş yaratsın, kitabxana müasir standartlara uyğun binada yerləşdirilsin. Belə olarsa kitabxana insanların həyatında daha lazımlı, daha mühüm mədəniyyət ocağına çevrilir".

Kitabxanaların kitab mağazalarının binalarının alınıb, digər obyektlərə çevrilməsi isə stajlı kitabxana işçisi olan Nəzakət xanımı narahat edir: "Kitabxanaların bağlanması işçilərə oxuculara ziyanlı təsir göstərir. Xalqın mənəviyyatını tarixini özündə əks etdirən kitablar olmazsa mənbə olmaz, bilik olmaz!

Bilik mənbəyi olan kitabların, kitabxanalardan mağazalardan çıxarılıb, şəhərimizin müxtəlif guşələrində tozun-torpağın içərisində daşların səkilərin üzərində qoyulub satılmağı ilə heç cür barışmıram. Kitaba belə münasibət dözülməzdir. Sivil ölkələrdə kitabxanalar, kitablar yüksək səviyyədə qorunur. Mən əminliklə deyə bilərəm ki, ölkəmizdə təhsilə mədəniyyətə göstərilən yüksək diqqət nəticəsində kitaba, kitabxanaya olan münasibət daha da yaxşılaşacaq".

Onu da deyək ki, kitabxanaların yaşaması üçün Mədəniyyət və Turizm Nazirliyinin irəli sürdüyü təşəbbüslərdən biri də dövlət proqramlarının reallaşdırılmasında onların gücündən istifadə etməkdir. Məsələn, prezidentin sərəncamı ilə təsdiq edilən "Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Proqramı"na müvafiq olaraq bir sıra rayon və şəhər kitabxanalarında ictimai hüquqi-informasiya mərkəzləri yaradılır. Bu işi həyata keçirmək üçün Mədəniyyət və Turizm Nazirliyi YUNESKO-nun "İnformasiya hamı üçün" proqramının Rusiya Komitəsi ilə razılıq əldə edib. Mərkəz nazirliyin şəbəkəsinə aid olan M.F. Axundov adına Milli Kitabxana, C.Cabbarlı adına Gənclər Kitabxanası, V. Korolenko adına Mərkəzi Şəhər Gənclər Kitabxanasında, Əli Bayramlı, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt şəhərlərində, Goranboy, Xaçmaz, Şamaxı, Kürdəmir, Qəbələ, Zaqatala, Ucar, Bərdə, Qazax, Neftçala rayonlarının mərkəzi kitabxanalarında və Naxçıvan Muxtar Resrublikasının M.S.Ordubadi adına Kitabxanasında yaradılacaq. Deməli, kitabxanalara tələbat yenidən artır.

           

Paritet.- 2007.- 9-10 avqust.- S. 10.