"Qrinviç meridianından kənarda" filmi artıq hazırdır

 

Rejissoru Yusif Quliyev olan film artıq iki beynəlxalq kinofestivala təqdim olunub

 

Yaxın günlərdə "Qrinviç meridianından kənarda" filmi ictimaiyyətə təqdim olunacaq. "Yeni Dalğa" prodüser mərkəzinin istehsalı olan filmin rejissoru Yusif Quliyev, ssenari müəllifi Kamran Qasımov, operatoru Nadir Mehdiyev, bədii rəhbəri isə Yavər Rzayevdir. Əsas çəkilişlər Bakı və Sumqayıtda aparılan filmdə əsas rolları Elvin Musayev, Məsmə Ağayeva, Rəfael İsgəndərov ifa edib.

Ekran əsərinin paytaxtımızda keçiriləcək beynəlxalq Şərq-Qərb və audio vizual əsərlər kinofestivalları çərçivəsində nümayişi nəzərdə tutulub. Qeyd edək ki, film artıq iki beynəlxalq kinofestivala təqdim olunub.

Xatırladaq ki, bu film ötən il Mədəniyyət Turizm Nazirliyinin elan etdiyi müsabiqədə qalib gələn üç layihədən biridir.

 

                 Azad Azərbaycan.- 2007.- 14 avqust.- S. 7.