Məmmədov C.

 

            Kino, biz və zaman

 

XIX əsrin sonundan başlayaraq bu günə qədər, yəni təxminən yüz on illik dövr ərzində Azərbaycan kinosu böyük inkişaf  yolu keçmişdir. Ölkəmizdə çəkilmiş bir çox filmlər neçə-neçə nəsil azərbaycanlının tarixi yaddaşının qorunması və estetik zövqünün formalaşmasında, xalqa milli dəyərlərin aşılanmasında əvəzsiz rol ovnamışdır.

Müstəqillik dövrünün ilk mərhələsində ölkə iqtisadiyyatının keçirdiyi böhran, digər tərəfdən isə bir sıra təşkilati səhvlər, bu sahəyə ciddi zərbə vurmuşdur. Film istehsalının maddi-texniki bazası yarıtmaz vəziyyətə düşmüş, vaxtilə bütün respublika ərazisini əhatə edən kino nümayişi müəssisələri şəbəkəsi fəaliyyətini dayandırmışdır. Bacarıqlı kadrların hazırlanmasına lazımi diqqət yetirilmədiyindən bu sarıdan yaranmış problemləri indiyə qədər aradan qaldırmaq mümkün olmamışdır.

Bir sözlə, keçid dövrünü milli kino ağrılı keçirir. Maddi-texniki bazanın zəif, köhnəlmiş halda olması, texniki cəhətdən müasir standartrlardan xeyli geri qalması - bütün bunlar uzun illər müxtəlif səviyyələrdə aparılan müzakirələrin mövzusudur. Hərçənd konkret dəyişiklik baş verməyib.

2007-ci il kinomuzun tarixində yaddaqalan illərdən biri olacaqdır. Bu il ölkə başçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən milli kinomuz üçün son dərəcə böyük əhəmiyyət daşıyan, sənətin bu növünün yaxın gələcəyi daha uzaq perspektivlərini müəyyən edən sənəd imzalamışdır. "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı kino işçilərinin səbirsizliklə gözlədikləri bir sənəddir. Onun yerinə yetirilməsi ilə əlaqədar kino ictimaiyyətinin iştirakı ilə keçirilən xüsusi yığıncaqda bu fikir vurğulanmış kino ictimaiyyəti qarşısında sərəncamdan irəli gələn vəzifələr müzakirə edilmişdir.

Sərəncamda verilən tapşıqlan yerinə yetrilməsi üzrə təkliflərin hazırlanması məqsədilə işçi qrupu yaradılmış ciddi müzakirələrdən sonra təkliflər Prezident Aparatına Nazirlər Kabinetinə təqdim olunmuşdur. Bunlar ilk növbədə kino sahəsinin əsas obyekti olan "Azərbaycanfilm" kinostudiyasının modernləşdirilməsi, burada müasir film istehsalı bazasının yaradılması ilə bağlı məsələdir. Digər mühüm istiqamətlər Dövlət Film Fondunda milli filmlərin ilkin materiallanın, həmçinin dünya kinosu kolleksiyasının beynəlxalq texniki parametrlərə cavab verən qorunub-saxlanma şəraitinin təmin olunması, ölkənin iri şəhərlərində rəqəmsal kino nümayişi sistemi ilə təmin olunmuş kinoteatrlar şəbəkəsinin qurulması, Bakının "Nizami" kinoteatrı bazasında tamaşaçılar üçün geniş xidmətlər təklif edən "multipleks" tipli çoxzallı kinoteatn yaradılması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, ötən müddət ərzində kinostudiyada "Nizami" kinoteatnda apalacaq işlər üzrə layihə-smeta sənədləri üzərində əsaslı apalmışdır. Dövlət Film Fondunun yeni binasının inşasına başlanmışdır.

Bu ili kinonun film istehsa sahəsi üçün məhsuldar il hesab etmək olar. Hazırda bir neçə iri kino layihəsi istehsalatdadır. "Hökmdarın taleyi", "Cavid ömrü", "Cavad xan" kimi tarixi filmlər, müasir həyatımızın mənəvi problemlərinə toxunan "Günaydın mələyim" filmi, Qarabağ münaqişəsinə həsr olunmuş ucqar kəndlərin birində baş verən hadisədən bəhs edən "Qala" filmi, ötən əsrin 90-cı illərinin əvvəllərini canlandıran "Kuklalar", "Qırxıncı qapı" (Almaniya İsveçrə ilə birgə) filmlərini qeyd etmək olar. Son üç film onların rejissorlarının böyük kinoda quruluş verdikləri ilk işləridir - Şamil Nəcəfzadə, Çingiz Rəsulzadə, Elçin Musaoğlu. Yeri gəlmişkən, gənclərlə , başda cənab Əbülfəs Qarayev olmaqla nazirliyin kino sahəsində önəm verdiyi ən vacib istiqamətlərdən biridir.

Kinoda olduqca təhlükəli hal baş verib - nəsillər arasında ardıcıllıq kəsilib. Bu boşluğu aradan qaldırmaq üçün çıxardığımız məntiqi nəticə ondan ibarətdir ki, kinoya gəncləri cəlb etməliyik, bunu yaxın illərin siyasəti kimi qəbul etməliyik, bu istiqamətdə bütün vasitələ əl atmalıyıq. Gənclərlə proqramı kinoda çalışan gənclərə özlərini sınamaq, imkan bacarıqlarını nümayiş etmək məqsədi daşıyır.

Bu il bir neçə prodüsser mərkəzində cavan rejissor qısametrajlı filmləri çəkib qurtarmışdır: "Dərviş" mərkəzində - "Ev", "Yeni dalğa"da -"Qrinviç meridiandan kənarda", "Exa prodakşn" şirkətində - "Nəfəs". Yeri gəlmişkən, "Ev" filmi avqustun 2-də keçiriləcək bayram mərasimində tamaşaçılara ilk dəfə təqdim etdiriləcək. Bu ilin fevral-may aylarında keçirdiyimiz "Bu meydan, bu ekran" kino layihələri müsabiqəsinin qaliblərinin hər biri artıq öz filmləri üzərində işə başlamışlar. "Azanfilm" cizgi filmlər studiyasında debüt filmi çəkilir. Bir neçə illik fasilədən sonra "Debüt" studiyasının özü də fəaliyyətini bərpa edib və yaxın zamanda burada istehsalata film buraxılacaq. Bu qısa icmaldan bu günkü kino yaradıcılığı panoramını təsəvvür etmək mümkündür. Mövzu genişliyi, rejissor yanaşması müxtəlifliyi kinomuz üçün xarakterik xüsusiyyətdir.

Kino sahəsində beynəlxalq münasibətlərə daha fəal qatılması, ikitərəfli və çoxtərəfli kino layihələrdə iştirak edilməsi müştərək filmlərin beynəlxalq ekranlara çıxarılması üçün əlverişli yoldur. Bir neçə birgə film layihəsi üzərində iş aparılır və ümid edirik ki, yaxın gələcəkdə onların bəhrəsini görəcəyik.

Film istehsalı sahəsində daha bir yenilik dövlətin maliyyə dəstəyi ilə çəkilmək üçün kino layihələrin müsabiqə yolu ilə seçilməsidir. Nazirlik yanında kino mütəxəssislərindən ibarət yaradılmış Ekspert Şurası dövlət və özəl film istehsalı ilə məşğul olan qurumlardan qəbul etdikləri sənədlər zərflərini (ədəbi ssenari, xərclər smetası, müəlliflərin şərhi və s.) qiymətləndirəcək və ən layiqli işlər növbəti ildə dövlət sifarişi ilə istehsalata buraxılacaqdır.

Həllini tapmış daha bir mühüm məsələ ölkəyə kütləvi nümayiş üçün gətirilən filmlərin qeydə alınması ilə bağlıdır. İlin əvvəlindən filmlərin dövlət reyestri işə salınmışdır. Bu günədək min beş yüzdən artıq film qeydə alınmışdır ki, bunlar əsas etibarı ilə televiziya kanallarının nümayiş etdirdikləri filmlərdir. Reyestrə istehlak bazarında DVD disklərində satışa çıxarılan xarici filmlərin bir qismi qeydə alınmışdır. Növbəti mərhələdə bu qəbildən olan filmlərin kütləvi şəkildə qeydiyyata cəlb olunması gündəlikdə durur. Bu işin şəffaflığını təmin etmək üçün yaxın zamanda nazirliyin açılması nəzərdə tutulmuş internet səhifəsinin kino bölməsində reyestrə aid xüsusi fəsil yaradılmışdır maraqlananlar orada qeydə alınmış bütün filmlər barəsində ətraflı məlumat əldə edə biləcəklər.

Kino günü təkcə bu sənətlə məşğul olan insanlan bayramı deyil. Müəyyən durğunluq əlamətləri müşahidə olunsa da milli kinomuzun sədaqətli pərəstişkarlanın sayı azalmır, onlar bizdən maraqlı kino əsərləri gözləyir. Biz kinematoqrafçıların vəzifəsi bu ümidləri doğrultmaq bu günümüzü keçmizimizi özümüzə bütün dünyaya tanıtmağı bacaran filmlər yaratmaqdan ibarətdir.

 

Xalq qəzeti.- 2007.- 2 avqust.- S. 6.