Bakıda İsrail Mədəniyyət Mərkəzi açılmışdır

 

Avqustun 16-da Bakıda İsrail Mədəniyyət Mərkəzinin açılışı olmuşdur


Əvvəlcə Azərbaycan İsrailin dövlət himnləri səsləndirilmişdir.
Mərasimdə iştirak edən İsrail Baş nazirinin müavini, strateji planlaşdırma naziri,"İsrail Bizim Evimizdir" Partiyasının sədri Aviqdor Liberman xalqlarımız arasında tarixən mövcud əlaqələri xatırladaraq yəhudilərin Azərbaycanda daim əmin-amanlıq şəraitində yaşadığını diqqətə çarpdırmışdır.
Qonaq demişdir ki, Azərbaycan İsrail xalqları arasında tarixən mehriban münasibətlər mövcud olmuşdur. İstər orta əsrlərdə, istər sovet dövründə, istərsə ondan sonrakı zamanlarda Azərbaycanda yaşayan yəhudilər həmişə özlərini vətənlərindəki kimi hiss etmişlər. Buna görə Azərbaycan bizim üçün çox mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən İsrailin ölkəmizdəki səfiri Artur Lenk, Ümumdünya Dağ Yəhudiləri Konqresinin vitse-prezidenti Matvey Yelizarov, "Soxnut" təşkilatının Qafqaz üzrə xüsusi nümayəndəsi Qriqori Brotski Azərbaycan İsrail arasında hər zaman xoş münasibətlərin mövcudluğunu xatırladaraq açılışında iştirak etdikləri mərkəzin əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət göstərəcəyini bildirmişlər. Bakıdakı İsrail Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xorun çıxışı isə Aviqdor Libermanı mərasimdə iştirak edən qonaqları heyrətə gətirmişdir.
Tədbirin sonunda İsrail Baş nazirinin müavini mərasimdə iştirak edən gənclərlə görüşmüşdür.

 

Azərbaycan.-2007.-17 avqust.-S.3.