Həsən Seyidbəylinin
şəxsi kitabxanası
Film Fonduna
təhvil verilib
Görkəmli kinorejissor,
yazıçı-dramaturq, xalq artisti, ssenarist və kinorejissor
Həsən Seyidbəylinin sağlığında
işıq üzü görmüş əsərləri
şəxsi kitabxanasından Dövlət Film Fonduna verilib. Fondun
rəhbəri Cəmil Quliyev deyir ki, fonda verilən kitablar arasında
"Uzaq sahillərdə", "Telefonçu qız",
"Möcüzələr adası" və başqa
hamıya tanış olan adları görmək olar. Həmin
kitablar dünyanın 20 ölkəsində, o
cümlədən Rumıniya, Macarıstan, Rusiya, Gürcüstan,
Ukraynada çap olunub. Müəllif sözügedən əsərlərin
bir neçəsini sonradan ekranlaşdırmağa
müvəffəq olub.
Ayna.- 2007.- 18 avqust.- S. 21.