Müharibədən bəhs edən
filmlərə çox
vəsait xərclənir
Elxan Qasımov Bu gün kinoya
sponsorluq edən şirkətlər, təşkilatlar çox
azdır
Deyirlər kino mədəniyyətdir.
O mədəniyyət ki,
hər bir xalqın özünə məxsus xüsusiyyətləri,
adət-ənənələri
burada əks olunur və onun hansı xalqa mənsub olmasından xəbər verir. Bir vaxtlar digər
sahələrdə olduğu
kimi kino sahəsində də müəyyən problemlər
yaşandı və kino tənəzzülə
uğradı. Xeyli müddət belə davam etsə də, prezidentin kinonun inkişafı ilə bağlı verdiyi sərəncam onun inkişafına təkan verdi. Yenə də problemlərin olmasına baxmayaraq bu sahədə
müəyyən dirçəliş
müşahidə olunur
və irəlləyişlər
nəzərə çarpır.
Bununla bağlı rejissor
Elxan Qasımov öz fikirlərini bizimlə bölüşdü.
O, kinonun bugünkü
inkişafını yüksək
qiymətləndirərək kinodakı irəliləyişlərdən
söhbət açdı.
Kinoda olan problemlərin bir hissəsini də texniki avadanlığın
tələblərə cavab
verməməsi ilə
bağlayan rejissor Azərbaycanda texnikanın
zəif olduğunu dilə gətirdi: "Artıq nazirliyin tapşırığı ilə
yeni filmlər çəkilir. Amma buna baxmayaraq, hazırkı texnika filmlərin yüksək səviyyədə ərsəyə
gəlməsinə imkan
vermir. Avadanlıq deyil, elə bil traktordur. Artıq bu sahədə
Prezidentin sərəncamı
var. Texnikanın yenilənməsi üçün
kifayət qədər
vəsait ayrılıb.
Yəqin ki, yaxın günlərdə
bu problem aradan qalxacaq". Sonra isə kinoya sərf olunan vəsaitin həddindən
artıq aşağı
səviyyədə olduğunu
vurğuladı. Rejissordan
normal səviyyədə
film çəkmək
üçün nə
qədər vəsait
lazım olduğunu soruşduqda, o "baxır filmə, konkret məbləğ demək mümkün deyil". deyə cavab verdi: "Müxtəlif mövzuda filmlər çəkilir.
Amma təqribən desək, ən çox vəsait tələb edən filmlər döyüş və müharibədən bəhs
edən filmlərdir. Çünki burada həm istifadə olunan alətlərin alınması və ya kirayəsi, həm də döyüş paltarlarının
tikilməsi üçün
xeyli vəsait tələb olunur. Bu gün
də kinoya sponsorluq edən şirkətlər, təşkilatlar
çox azdır".
Bu arada Elxan Qasımov filmin ərsəyə gəlməsində böyük
əziyyəti olan aktyor heyətinin sonda əməyinin az məbləğlə qiymətləndirilməsini qeyd
etdi: "Aktyorlar filmdə çəkdikləri
əziyyətə görə
çox az qonarar alırlar. Hələ mən rejissoru, operatoru demirəm. Çünki filmdə əsasən oyunçular əziyyətlərə
qatlaşır.
Hətta elə
filmlər var ki, bəlkə də aktyor o hərəkətləri
etməklə həyatını
təhlükəyə atır.
Lakin buna baxmayaraq, onlar sənətlərini sevdiyindən
hər şeyə göz yumurlar. Onu da qiymətləndirmək
lazımdır". Azərbaycan
filmlərinin gələcəyini
yüksək səviyyədə
görən Elxan Qasımov sonda filmlərimizin dünyada nümayiş olunacağına
inandığını bildirdi.
Üç nöqtə.-2007.-15 avqust.-S.13.