Mükərrəmoğlu M.
Azərbaycan filmləri beynəlxalq kinofestivala dəvət almışdır
Artıq milli kinomuzun sorağı dünyanın
mötəbər kinofestivallarından
gəlir. Möhtərəm Prezidentimizin Azərbaycan kinosunun
inkişafı haqqında
imzaladığı sərəncamdan
sonra kinomuzun beynəlxalq əlaqələri
də tədricən genişlənməyə başlamışdır.
Sentyabrda
Azərbaycanda keçiriləcək
“Şərq-Qərb” kinofestivalı
bu istiqamətdə həyata keçirilən
tədbirlərdəndir.
Bu günlərdə
daha bir xoş xəbər alınmışdır. Belə
ki, üç qısametrajlı filmimiz
Qırğızıstanın İssıkul şəhərində
keçiriləcək “Dağ mirvarisi” beynəlxalq kinofestivalına
dəvət almışdır.
Onlardan ikisi Mədəniyyət və
Turizm Nazirliyinin gənclər arasında keçirdiyi müsabiqənin
qalibləridir. “Nəfəs”
filmini gənc recissor
Xəyyam Abdullayev “Exa prodakşn” mərkəzində çəkmişdir.
Recissor Asif Rüstəmovun lentə aldığı “Ev” filmi isə “Dərviş” studiyasında
ekranlaşdırılmışdır.
“Yeni dalğa” studiyasında lentə alınan “Keçid” filmi də festivalda
iştirak edəcək.
Onu rejissor Yusif Quliyev lentə
almışdır.
Azərbaycanın yeni
filmlərinin bir neçə beynəlxalq kinofestivallarda nümayiş
etdiriləcəyi də
nəzərdə tutulur.
Xalq qəzeti.-2007.-25 avqust.-S.5.