Nəzakət

 

Hollandiyada Azərbaycan filmləri nümayiş etdirildi

 

Hollandiyada yaşayıb- yaradan azərbaycanlı rejissor Ramiz Hindarxlının (Əliyevin) çəkdiyi "Azərbaycan: dünən və bu gün", "Azadlığa gedən yol", "Vətən mənə oğul desə..." sənədli filmləri nümayiş etdirilmişdir. Tamaşaçıların, yerli ictimaiyyətin nümayəndələrinin, Hollandiyada yaşayan soydaşlarımızın türk diasporu təmsilçilərinin xahişi ilə filmlərin nümayişi bir neçə dəfə təkrar edilmişdir.
   Eldar Quliyevin ssenarisi əsasında çəkilmiş "Azərbaycan: dünən bu gün" filmində sovetlər dövründən milli azadlıq hərəkatının başlandığı dövrə qədər ölkəmizdə baş vermiş hadisələr öz əksini tapmışdır. "Azadlığa gedən yol" 1988-ci ilin məlum hadisələrindən 1990- ilin "Qara yanvar" faciəsinədək olan dövrü əhatə edir. Tanınmış yazıçımız İsi Məlikzadənin ssenarisi əsasında yaradılmış "Vətən mənə oğul desə.." filmində isə işğalçılıq siyasəti yeridən erməni hərbçilərinin mühasirəsinə düşmüş azərbaycanlı döyüşçüləri xilas etmək üçün özünü düşmən tankının altına ataraq partlatmış, onlarla döyüş yoldaşının həyatını xilas etmiş vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş Milli Qəhrəman Etibar İsmayılovdan söz açılır. Onun həyat döyüş yolundan bəhs etmişdir.
   Xatırladaq ki, holland kinematoqrafçıları filmlərə xüsusi maraq göstərmişlər. Yaxın vaxtlarda həmin filmlər holland dilinə tərcümə ediləcək.
   

Səs.-2007.- 7 avqust.-S.12.