Rəhimqızı Z.
Əbülfəs
Qarayev: Kinostudiyanın həyəti
özəlləşdirilməyib
Nazir deyir ki, orada
tikiləcək obyekt "kinonun inkişafında
müəyyən rol oynayacaq"
Ötən həftə
Mədəniyyət və Turizm Nazirliyində yarımillik
fəaliyyət planına dair kollegiya iclası keçirildi
və eyni zamanda cari ilin iş planı
təsdiqlənərək icraata buraxıldı. Nazirliyin
hesabatı və fəaliyyət planları haqqında
ötən gün mətbuata açıqlama verən nazir
Əbülfəs Qarayev öncə görülən
işlərdən söz açdı. O, bildirdi ki, bir il
müddətində mədəniyyət və turizm
sahəsində ölkə başçısı
tərəfindən 40 sərəncam və fərman
imzalanmış, 7000-ə yaxın kadr
məsələsinə baxılmışdır.
Nazirliyin yarımillik fəaliyyətinə dair 46
səhifəlik sənədə eyni zamanda 3
möhtəşəm nailiyyət daxildir ki, bunlar Qobustanın
Ümumdünya İrs siyahısına daxil edilməsi, 10
azərbaycanlı gənc rəssamın Venesiya
seminariyasında təmsil olunması və Montre
şəhərində keçirilən 42-ci beynəlxalq caz
festivalında Şahin Növrəslinin qalibiyyətidir.
Nazir bildirdi ki, simfonik və opera orkestrlərinin İtaliya
və Almaniyada keçirilən beynəlxalq
tədbirlərdə əsas proqramla
çıxışı cari ilin hesabatında xüsusi
önəm daşıyır. Bununla yanaşı nazirlik kino,
muzey, kitabxana və s. sahələrdə verilən
qərarların icrası ilə bağlı
müəyyən addımlar atıb. Teatr fəaliyyətindən
söz salan nazir: "aktyorların beynəlxalq festivallara
çıxışı sürətlə gedir. Sevindirici
hallardan biri isə budur ki, 20 il müddətində teatrlar ilk
dəfə maraqlı nəticə əldə ediblər.
Yəni ki, tamaşaçı tutumu və tamaşaların
sayına görə sənət ocaqları planı 98 faiz
yerinə yetiriblər. Bəlli olduğu kimi, bu ildən
etibarən hər il sentyabrın 15-i teatr
mövsümünün açılışı qeyd
olunacaq. Teatr və sənət adamları ilə birlikdə
gələn ay təntənəli günü Füzuli
meydanında qeyd edəcəyik. Həmin gün bir sıra
təqdimatlar nəzərdə tutulur", - dedi.
Rusiyada keçirilən Azərbaycan mədəniyyət
günlərini xatırladan nazir oktyabrın 3-dən
etibarən paytaxtda Rusiya mədəniyyəti günlərinin
başlanacağını qeyd etdi. Bunun ardınca respublikada
bir sıra mədəniyyət günlərinin təşkili
cari ilin proqramına daxil edilib. Evrovisiona hazırlıqla
bağlı tədbirlər planından söz salan
Əbülfəs Qarayevin sözlərinə görə,
H.Əliyev adına Fond bu işdə onlara dəstək olur.
İki gün öncə Dəvəçidən qayıdan
nazir səfərinin məqsədindən danışarkən
dedi ki, orada Tarix Diyarşünaslıq Muzeyinin tikintisi ilə
maraqlanıb. Yenidənqurma işlərinin başa
çatdırıldığını deyən
mədəniyyət və turizm naziri eyni zamanda Qusarda inşa
edilən yay-qış turizm kompleksi ilə də
maraqlanıb.
Söhbət zamanı nazir abidələr, heykəllər
və barelyeflərin bərpasından da danışdı.
Eyni zamanda bildirdi ki, bərpa üçün yararsız olan
kiçik tarixi əşyalar toxunulmaz qalacaq. Onun
sözlərinə görə, həmin qalıqlar da tarixin
bir hissəsini təşkil edir. İncəsənət
muzeyinin təmirinin yüksək səviyyədə
aparıldığını qeyd edən dövlət
rəsmisi bildirdi ki, noyabrda Xalça muzeyi də təmirə
dayandırılan sənət ocaqları siyahısına daxil
ediləcək.
Teatrlara gəlincə, nazir Kukla Teatrının bu ilin
dekabrında istifadəyə veriləcəyini söylədi.
Daha sonra Rus Dram Teatrı, Gənc Tamaşaçılar
Teatrı teatrsevərlərin ixtiyarına veriləcək.
Nazir H.Əliyev adına Sarayda aparılan təmir
işlərinin isə gələn il başa
çatdırılacağını söylədi.
Dövlət Film Fondu barədə onu öyrəndik ki, 6
mərtəbədən ibarət olacaq sənət ocağı
standartlara uyğun tikilir, - "yeri gəlmişkən, qeyd
edim ki, tezliklə ekranlaşdırılacaq filmlərin
ssenariləri üzrə müsabiqələr təşkil
olunacaq. Qalib gələn ssenari dövlət hesabına ekran
həllini tapacaq". Nazir çıxışında
yaxın günlərdə 2 musiqi məktəbinin
açılışında iştirak edəcəyini da
xatırlatdı.
Rusiyalı tarixçinin Qara Qarayevin adını erməni
bəstəkarı kimi təqdimatına mövqeyini
bildirən nazir öncə yazarın səhvini
xatırlatmış və onu ideoloji təxribat
adlandırmışdır: "Biz heç vaxt imkan
verməyəcəyik ki, mədəni əsərlərimiz
bədnam qonşuların kitabına yazılsın.
Həmişə demişəm ki, bu, ideoloji müharibədir.
Biz təbliğat kampaniyasını dayandırmadan
aparmalıyıq".
Diqqətinizə çatdıraq ki, qəzetimizin ötən
buraxılışında Rasim Balayevin Kinostudiyanın
ərazisinin özəlləşdirilməsi ilə
bağlı fikirləri dərc olunmuşdu. Onun
mövqeyinə münasibət bildirən nazir aktyorun
fikirlərini əsassız adlandırdı.
Xatırladaq ki, Kinostudiyanın 4 hektarlıq ərazisinin
mədəniyyət və turizm nazirinin məktubuna
əsasən Əmlak Komitəsi tərəfindən
özəlləşdirildiyini iddia edən xalq artisti buna
etirazını bildirmişdi.
Mətbuat kofransından öncə qəzetdəki materialla
tanış olan nazir Kinostudiyanın və onun həyətinin
yalnız kinoya xidmət etdiyini bildirdi. Hasara alınmış
4 hektarlıq əraziyə gəlincə, Ə.Qarayev
oranın dövlət əhəmiyyətli olduğunu və
tikiləcək obyektin kinonun inkişafında
müəyyən rol oynayacağını bildirdi.
Ayna.-2007.-30 avqust.-S.8.