Kitabxanaların modernləşdirilməsi ilə bağlı tədbirlər planı dövlət başçısına təqdim edilib

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mədəniyyyət və Turizm Nazirliyi ilə birgə Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər planını dövlət başçısına təqdim edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, tədbirlər planı respublika prezidentinin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxçşılaşdırılması haqqında” sərəncamı əsasında hazırlanıb. Tədbirlər planının hazırlanması üçün iki nazirliyin  nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.

Nazirlikdən bildirilib ki, hazırda razılaşma mərhələsində olan tədbirlər planında Bakı və regionlardakı dövlət kitabxanalarının yenidən qurulması, onların fəaliyyətlərinin təkmilləşdirilməsi və işlərində müasir informasiya texnologiyalarının tətbiqinin gücləndirilməsi məsələləri əksini tapıb.

 

                 Paritet.- 2007.- 9-10 avqust.- S. 10.