Film Fondunda yeniləşmə

 

Azərbaycan kinosu özünün 109 yaşını qeyd etdi. Kinematoqrafçılarımızın istehsal etdikləri fılmlərin arasında sənədli filmlər üstünlük təşkil edir. 109 ildə Azərbaycan kinematoqrafçıları 350 bədii, 120 cizgi 1500 sənədli film istehsal ediblər. Bu qədər filmlərin qorunub saxlanmasında isə Dövlət Film Fondunun xüsusi xidmətləri var. Qeyd edək ki, istehsal edilən bütün filmlər məhz bu Fondda saxlanılır.  Fondun direktoru Cəmil Quliyevin sözlərinə görə, kinolentlərin qorunub saxlanması  üçün  xüsusi  şərait olmalıdır: "Filmlərin saxlanması üçün xüsusi rəflər hazırlanıb. Bu işdə bizə İsveçrə Ukrayna mütəxəssisləri dəstək oldu. Filmlərin bu günə gəlib çatması üçün kondisioner sistenində dəyişiklik edilib".

 

                  Reytinq.- 2007.- 5 avqust.- S. 22.