Qocayeva A.
Azərbaycan kinosu
inkişaf dövrünü yaşayır
Milli kinomuzun 109
yaşı tamam olur
1996-cı ildə kinoşünas Aydın Kazımzadənin
ciddi araşdırmaları nəticəsində Azərbaycan
kino tarixinin 1898-ci ildən başlandığı məlum
oldu. Həmin ilin
2 avqustunda Anton Mişonun çəkdiyi ilk kino - “Balaxanıda
neft fontanı” Bakıda nümayiş etdirilmişdi. Müsahibimiz kinoşünas, əməkdar
incəsənət xadimi
Aydın Kazımzadə
milli kinomuzun dünəni, bu günü və sabahı ilə bağlı məlumat verərək vurğuladı
ki, bu sahənin
sonrakı inkişafında
dahi bəstəkarımız
Ü.Hacıbəyovun həyat
və yaradıcılığının
böyük rolu olmuşdur. Onun əsərləri dəfələrlə
ekranlaşdırılmış, hələ kinomuzun ayaq tutmağa başladığı illərdə
bu əsərlərə
müraciət olunmuşdur.
1916-cı ildə bəstəkarın “Arşın
mal alan” operettası ekranlaşdırılmış
və 1917-ci il yanvarın 3-də “Forum” kinoteatrında nümayiş olunmuşdur.
Bu, Üzeyir bəy yaradıcılığına
Azərbaycan kinosunun ilk müraciəti idi. “Arşın mal alan” ilk
milli filmimizdir ki, SSRİ dövründə
Dövlət mükafatına
layiq görülüb.
Sonrakı illərdə Üzeyir
bəy yaradıcılığının
ən gözəl nümunələrindən olan
“O olmasın, bu olsun” (1956), 12 seriyalı “Leyli və Məcnun”
ekranlaşdırıldı. Çox sonralar yazıçı Anarın
ssenarisi əsasında
isə dahi bəstəkarın həyat
və yaradıcılığından
bəhs edən
“Üzeyir Hacıbəyov:
Uzun ömrün akkordları” filmi Azərbaycan musiqi tarixinin böyük bir salnaməsinə çevrildi.
- Müstəqil milli kinomuz nə vaxtdan formalaşmağa başladı?
-Kino sənəti
1993-cü ildən formalaşmağa
başladı. Həmin
illərdə incəsənətin
bu vacib sahəsi, sözün əsl mənasında, məhv olmaq təhlükəsi ilə
üzləşmişdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə
incəsənətə olan
diqqət artırıldı. Milli kinematoqrafiyanın qazandığı
ən mühüm uğurlardan biri “Kino haqqında Qanun”un qəbul
edilməsi oldu. Bununla dövlət kinematoqrafın hüquqi bazasını yaratmış
oldu. Qeyd edək ki, MDB ölkələri arasında
Rusiyadan sonra yalnız Azərbaycanda belə bir qanun
qəbul edilib.
Azərbaycanda kino çəkilişlərinə dövlətin qoyduğu vəsait ilbəil artırılır. Belə
ki, bu sahəyə
2000-ci ildə 600 min,
2004-cü ildə 850 min,
2005-ci ildə 1 milyon
400 min, 2006-cı ildə 2 milyon, 2007-ci ildə isə 3 milyon 300 min manat vəsait ayrılmışdır. Bu vəsaitə
uyğun olaraq əvvəllər 3-4 ildə
cəmi 1-2 bədii film çəkilirdisə
və ya heç çəkilmirdisə,
son 5-6 il ərzində “Ovsunçu”,
“Hacı Qara”, “Küçələrə su
səpmişəm”, “Arxada
qalmış gələcək”,
“Girov”, “Əlvida, Cənub şəhəri”,
“Cavid ömrü”, “Hökmdarın taleyi”, “Manifest”, “Biz qayıdacağıq” kimi
15 bədii film, habelə bir neçə sənədli
və cizgi filmləri çəkilmişdir.
Bu inkişaf 1990-cı illərin əvvəllərində bəzi
bədxahlarımızın Azərbaycan kinosunun getdikcə məhv olacağı barədə
fikirlərini tamamilə
alt-üst etdi. Bütün sahələrdə
olduğu kimi, kinoda da durğunluq
və intibah dövrü olub. Göründüyü kimi,
hazırda bu sahəyə dövlət
qayğısı sayəsində
milli kinomuz inkişaf dövrünü
yaşayır.
- Azərbaycan kinosunun maddi-texniki
bazasının möhkəmləndirilməsi
istiqamətində dövlətimiz
nə kimi tədbirlər həyata keçirir?
- 2007-ci il fevralın
20-də Prezident İlham Əliyev “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzaladı.
Bu sərəncam kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni bir təkan
verdi. Baxmayaraq ki, respublikada kinolar çəkilir, ancaq onun maddi-texniki
bazası olduqca aşağı səviyyədədir.
1976-cı ildə ulu öndərimiz Heydər Əliyev “Kino sənətinin maddi-texniki bazasının
möhkəmləndirilməsi haqqında” sərəncam
imzalamışdır. Bu
sərəncama əsasən
valyuta hesabına kino avadanlıqları alındı və hazırda kinostudiyada istifadə olunan avadanlıqlar o dövrdə alınanlardır.
Prezident İlham Əliyevin imzaladığı
sərəncamda isə
kino sahəsində məsələlərin həlli
kompleks şəkildə
qoyulur. Yəni kinostudiyanın binasının
ən müasir tələblərə cavab
verən formada yenidən qurulması, ən yeni texniki
avadanlıqlarla təchiz
edilməsi, kadr siyasətinin həyata keçirilməsi və digər bu kimi
mühüm məsələlər
öz əksini tapmışdır. Bundan sonra
xarici kinorejissorların
respublikamızda kino çəkilişləri aparmaları
və digər məsələlər öz
həllini tapacaqdır.
1996-cı ildə Azərbaycan Dövlət Film Fondu yaradıldı.
Hazırda bu fondda 10 mindən artıq milli və xarici filmlər saxlanır.
Həmin
filmlərin füksək
səviyyədə qorunmasını
təmin etmək məqsədilə Dövlət
Film Fondu üçün dünya standartlarına cavab verən 5 mərtəbəli
bina inşa edilir və 2008-ci ildə istifadəyə verilməsi nəzərdə
tutulur.
- Kino sahəsində kadr məsələsi hansı səviyyədədir?
- SSRİ-nin dağılması
ilə əlaqədar
kino sahəsində də kadrlar dağılmış, pərən-pərən düşmüşdülər.
Respublikamızda, eyni zamanda dünyanın ən məşhur ölkələrinin inkişaf
etmiş kinematoqrafiyalarında
milli kadrların hazırlanması məsələsi
prezidentin builki sərəncamında öz
əksini tapmışdır.
Yerli və xarici filmlərin yüksək səviyyədə
nümayiş etdirilməsi
üçün kinoteatrların
dünya standartlarına
uyğun yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
“Nizami” kinoteatrı yalnız kinoteatr kimi deyil, həm
də tarixi abidə kimi qorunduğu üçün
o, ən müasir tələblərə
cavab verən formada yenidən bərpa ediləcək, ən müasir texniki avadanlıqlarla təchiz olunacaqdır. Bununla yanaşı, paytaxtda olan bir sıra kinoteatrlar
da təmir edilərək tamaşaçıların
ixtiyarına veriləcəkdir.
- Azərbaycan kinosu hansı beynəlxalq festivallarda nümayiş olunub?
- Milli kinomuz
1993-cü ildən uğurla
nümayiş etdirilir.
Qısametrajlı filmlər
olan “Vahimə” Fransada, “Təsadüfi görüş” isə
1999-cu ildə Amerikanın
Texas ştatında keçirilən beynəlxaq
festivallarda mükafatlar
alıb. Kazanda, Belarusda keçirilən
Beynəlxalq festivallarda
milli kinomuz bir sıra mükafatlara
layiq görülüb.
2001-ci ildə Bakıda
Beynəlxalq Şərq-Qərb festifalı keçirilmiş və burada nümayiş olunan bir sıra
filmlərimiz yüksək
səviyyədə qarşılanmışdır.
Bu il yenidən
Şərq-Qərb festivalının, eyni zamanda Tələbələrin
yay festivalının keçirilməsi nəzərdə
tutulub.
- Hazırda hansı filmlər çəkilir və bu sahədə
nə kimi perspektiv planların həyata keçiriləcəyi
gözlənilir?
- İkiseriyalı “Cavad
xan”, “Qala” və digər bədii filmlər, eyni zamanda bir
neçə sənədli
və cizgi filmləri çəkilir.
Bir sıra bədii filmlərin çəkilişlərinə hazırlıq işləri
aparılır.
- Milli kinomuz hansı problemlərlə
yaşayır?
-Milli kino sahəsində əsas çətinliklərimizdən biri satış məsələsidir. Yəni
çəkilən filmlərimizin
dünya ekranlarına
çıxarılaraq nümayiş
etdirilmə imkanlarımız
məhduddur. Bu məsələni həll etmək məqsədilə Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyinin Kino şöbəsi filmlərin çəkilişlərinin
və nümayişinin
prodüser mərkəzlərinə
həvalə edilməsi
ilə bağlı layihə hazırlayıb həyata keçirmək üzrədir. Bu işlə artıq onlar məşğul olmağa başlayıblar.
Kino sahəsində əsas problemlərimizdən
biri də dublyaj işi ilə bağlıdır.
Tamaşaçılar dublyajın
çox aşağı
səviyyədə olduğunu
görürlər. Ona
görə də dublyajın mərkəzləşdirilmiş
qaydada və ixtisaslı kadrlar tərəfindən həyata
keçirilmə məsələsi
gündəmdədir.
Digər problem isə prokat məsələsidir. Çəkilən
filmlərin prokatı
yoxdur. Yəni, milli və xaricdən
alınan filmlər kinoteatrlarda və lisenziyası olan telekanallar vasitəsilə
nümayiş etdirilməlidir.
Lakin hazırda həmin filmlər piratçılıq yolu ilə əldə edilərək evlərdə
baxıldığına görə
kinoteatrlara gedən yoxdur. Prezidentin imzaladığı sərəncamda
pirat filmlərin baxılmasına da qadağa qoyulub.
- 2 avqust - Kino gününə hansı töhfələrlə gedirsiniz?
- “Azərbaycan kino ensiklopediyası” hazırlanıb başa çatmaq üzrədir, Dövlət Film Fondunda saxlanılan filmləri özündə
əks etdirən ikicildlik “Azərbaycan filmlərinin kataloqu” da hazırlanır, eyni zamanda, ulu
öndər Heydər
Əliyevə həsr
olunan “Heydər Əliyev və kinematoqraf” kitabı çap edilib.,
İki sahil.-2007.-2 avqust.-S.6.