Mehdixanlı T.
Ömürləri, taleləri yaşadan
sənət
Ölkəmizdə ilk
kino çəkilişinə başlandığı
gündən 109 il keçir. Tarixdən
məlumdur ki, bu sənətin gəldiyi yol enişli-yoxuşlu, əzablı-əziyyətli, lakin inkişafına sonsuz həvəs olmuşdu.
Kişi aktyorlar peşələrinə vurğunluqdan,
ehtiyacdan, qadın paltarı geyinib epizodik rollara, fraqmentlərə çəkilmişlər.
Eyni zamanda onlar dözülməz təhqirlərə, təqiblərə
məruz qalmışlar.
Lakin məsləklərindən,
əqidələrindən dönməmişlər.
Qürur hissi duymuşlar ki, ürəklərindən keçən
amalları, arzuları,
yaşadıqları mühitin
yaxşı-yaman olaylarını lent təsviri vasitəsilə
gələcək nəsillərə
ərməğan edirlər.
Bu baxımdan milli kinomuzun inkişafında, tərəqqi
tapmasında xidmətlərinə
görə Ü.Hacıbəyov,
N.Nərimanov, H.Ərəblinski,
Ə.Haqverdiyev, M.Əliyev, K.Ziya, A.Şərifzadə, Ə.Hüseynzadə və başqaları ədəbiyaşarlıq
qazanıblar.
Azərbaycan kino sənəti
ötən əsrin əvvəllərində qadir
insan əməyini tərənnüm edən
sənədli, qısametrajlı,
bəzən musiqisiz, sözsüz ekran nümunələri ilə
fəaliyyətə başlamışdı.
Onlar əsasən
"qara qızıl"ın - neftin istehsalına, əməksevər,
cəfakeş fəhlələrə,
mədəniyyət və
incəsənət xadimlərinə
həsr olunurdu. Lakin aylar, illər
keçdikcə kino sənəti inkişaf edir, çəkilişlərə
meyil güclənir, texniki, yaradıcı işçilərin sayı,
peşəkarlığı artır, ekran əsərlərinin mövzusu
genişlənirdi. Bu gün
iftixarla, fərəh hissi ilə xatırlayırıq ki, ekran sənətimiz dahi Üzeyir bəy Hacıbəyovun
"Arşın mal alan", "O olmasın,
bu olsun" operettoları əsasında
çəkilən bədii,
tammetrajlı filmlərdən
sonra yeni eraya - inkişaf mərhələsinə qədəm
qoymuşdu. Həmin
ekran əsərləri
dünyanın əksər
ölkələrində nümayiş
etdirilmiş, əcnəbi
seyrçilər xalqımızın
mənəvi, psixoloji
dəyərləri, adət-ənənələri ilə
yaxından tanış
olmuşlar. Tarixi faktlara aydınlıq gətirmək üçün
əməkdar incəsənt
xadimi, tanınmış
kinoşünas, Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin dosenti Aydın KAZIMZADƏyə müraciət etdik. O dedi:
- Ölkəmizdə ekran
yaradıcılığı yarandığı gündən
daim yeniliyə doğru irəliləmişdir.
Keçmiş sovetlər
dövründə ən
çox çəkilişlər
aparan, filmləri İttifaqdan kənarda da sevilən Azərbaycan kinematoqrafiyaçıları
olub. 1960-1970-ci illərdə
"Ögey ana",
"Əhməd haradadır?",
"Koroğlu", "Uzaq
sahillərdə" "Görüş",
"Bəxtiyar" və
onlarla başqa filmlər lentə alınmışdı. 1970-1980-ci illərdə isə kino işçilərimiz
əsl intibah dövründə yaşayıb-yaradıblar. Məşhur kinorejissorlar Lətif
Şərifov, Adil İsgəndərov, Hüseyn
Seyidzadə, Şamil Mahmudbəyov və başqalarının yaradıcılıq
ənənələrini uğurla
davam etdirən gənc kadrlar yetişmişdi. Əliağa
Ağayev, Lütfəli
Abdullyaev, Nəcibə
Məlikova, İsmayıl
Əfəndiyev kimi istedadlı aktyorları Əliabbas Qədirov,
Həsən Məmmədov,
Səyavuş Aslan, Həsənağa Turabov yüksək sənətkarlıq
bacarıqları ilə
əvəz edirdilər.
Onların fəallığı
üçün gözəl
şərait yaranmışdı.
İşində fərqlənən
kino xadimləri müntəzəm olaraq ulu öndər Heydər Əliyev tərəfindən qayğı
görür, fəxri
adlarla, mükafatlarla təltif edilirdilər. "Nəsimi", "Nizami", "Dədə
Qorqud", "Babək",
"İstintaq", "Bir
cənub şəhərində",
"Bizim Cəbiş
müəllim" və
başqa bədii filmlər məhz həmin illərdə lentə alınmışdı.
Yeri gəlmişkən,
neçə ildir ki, avqustun 2-si gününü Azərbaycan
kinosunun yaranış
tapmasının bayramı
kimi qeyd edirik. Bu təşəbbüs, diqqət,
kino xadimlərinə dərin hörmət də məhz ulu öndərin uzaqgörən siyasəti,
mahir idarəçilik,
təşkilatçılıq qabiliyyəti sayəsində
tarixləşmişdi. Ulu
öndər 2002-ci il dekabrın 18-də imzaladığı sərəncamda
yazılır: "Xalqımızın mədəni
inkişafı sahəsində
kino işçilərinin
xidmətlərini və
ölkəmizdə çəkilmiş
kinosüjetlərin 1898-ci il
avqustun 2-də ilk kinoseans həyata
keçirildiyi üçün
qərara alıram: 2 avqust kino işçilərinin
peşə bayramı
- Azərbaycan Kinosu Günü elan edilsin".
Aydın müəllim
ötən əsrin
70-ci illəri barədə
söhbətinə yenidən
qayıtdı: - Bu faktdır ki, o zamanlar "Qırmızı imperiya"nın göstərdiyi yolla getməyə, yazılan və yazılmayan qanun tələbi ilə işləməyə daha
artıq üstünlük
verilirdi. Yaxşı xatırlayıram: "İstintaq" filmi müəyyən qədər
həmin ölçüdən,
yaradıcılıq üzərinə
qoyulmuş sərt qanundan kənara çıxmış, sərbəst
çəkilişlər aparılmışdı.
Moskva "sənətbilənləri"
onun ekranda nümayiş etdirilməsinə
qadağa qoymuşdular.
Lakin sözə, sənətə, sənətkara,
yaradıcı insanlara
daim diqqət yetirən, qayğı göstərən ümummilli
liderimizin sayəsində
film işıq üzü gördü. Ulu öndər həmin günləri xatırlayaraq deyərdi:
"Moskvada işləyəndə
kinematoqrafiya da mənim vəzifə səlahiyyətimə tabe
idi. "İstintaq"
filmi haqqında cürbəcür danışıqlar,
söz-söhbətlər
eşidilir, müəmmalı
fikirlər səslənirdi.
Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizəni təsvir edən həmin filmin axır ki, geniş tamaşaçı auditoriyasına
çıxmasına nail
oldum".
A.Kazımzadə haqlı
gileyini də bildirdi: - Təəssüf
ki, 90-cı illərin əvvəllərindən
bədii-publisistik filmlərin çəkilişi,
istehsalı dayandı.
Doğrudur, çətin
ərəfə idi. Ermənilər yenidən duz-çörəyi, tərəfimizdən
gördükləri mərhəməti
unudub sərhədlərimizə
basqınlar edir, yaşayış məntəqələrimizə
od vurub yandırır, dinc, silahsız insanları amansızlıqla qətlə
yetirirdilər. Bütün
diqqət Dağlıq
Qarabağa yönəlmişdi.
Bununla belə, qanlı hadisələri lent təsvirlərində
canlandırmağı, yaşatmağı
da unutmamalıydıq.
İkinci Dünya müharibəsi başlayan
gündən fotoqraflar,
kinematoqrafiyaçılar ön
cəbhəyə səfərbər
olunmuşdular. Niyə?
Qanlı-qadalı, faciəli hadisələrin
əyani təsvirlərini
gələcəyə çatdırmaq
üçün. Qarabağ
uğrunda döyüşlər
ara vermir, səngimək bilmirdi. Gündə nə qədər "qırmızı
tabut"lar görmək olardı? O müsibətlər, olaylar lent yaddaşında
yaşamalıydı. Amma
"Azərbaycanfilm" kinostudiyasının
giriş qapısından
iri qıfıl asılmışdıE Bu
biganəliyin, diqqətsizliyin
səbəbkarları o
vaxtkı respublika rəhbərləri idi. İdarəçilik, təşkilatçılıq,
gələcəyi görmək,
düşünmək
onlardan uzaq idi. Qarabağın, ətraf rayonların işğalından 14-15 il
keçir. İndi biz hansı real təsvir vasitələri ilə beynəlxalq təşkilatlara,
qurumlara müraciət
edə bilərik? Mərhum Ceyhun Mirzəyevin adı milli kino tariximizə qızıl hərflərlə
yazılmalıdır. Çünki
onun quruluş verdiyi və əsas rolda oynadığı "Fəryad"
bədii filmi istər sənətkarlıq,
istərsə də əhəmiyyət baxımından
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə ayna
tutur. Ancaq bu da azdır.
Biz günahsız olmağımızı lent
görüntülərində də sübut etməyə çalışmalıydıq.
Əlamətdar yubiley
ərəfsində Dövlət
Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil QULİYEVLƏ də
görüşdük. O dedi:
- Avqustun 2-si bütün
kino xadimlərinin, işçilərinin bayramıdır.
Ancaq bizim kollektiv daha artıq fərəh duyur, sevinc hissi
keçirir. Ona görə ki,
bu sahədə çəkilən zəhmətlərin,
yaradıcılıq axtarışlarının
bəhrəsinin çoxu
fondumuzda qorunur, mühafizə olunur. Əməkdaşlarımızın hər birinin adından sənətə,
sənətkara sonsuz məhəbbətlə yanaşan,
ulu öndərin siyasi kursunun layiqli davamçısı
cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Dövlət
başçısı qayğımıza
qalaraq film fond üçün yeni, müasir tələblərə uyğun
binanın tikilməsinə
sərəncam verib. Hazırda orada inşaat işləri sürətlə, keyfiyyətlə
davam etdirilir. İnşallah, yaxın günlərdə həmin
ünvana köçəcəyik.
Film fondda əsasən "Azərbaycanfilm"
kinostudiyasında istehsal
olunmuş bədii, tammetrajlı, qısametrajlı,
cizgi filmlərinin ilk və zaman-zaman
nümayiş etdirilən
nüsxələri mühafizə
olunur. Son günlər onların sayı daha da artmışdır. Respublika Mədəniyyət
və Turizm Nazirliyinin, Kinematoqrafiya İttifaqının köməkliyi
ilə ayrı-ayrı adamlarda, Moskva Film Fondunda
saxlanılan lent nümunələrini əldə
etmişik. Məqsədimiz
vaxtilə çəkilən
zəhmətlərin bəhrəsini
yüksək səviyyədə
qorumaq, gələcək
nəsillərə çatdırmaqdır.
Fürsətdən istifadə
edib kino sənətimizin inkişafı
uğrunda xidmətləri
olub, dünyalarını
dəyişənlərə ehtiramımı bildirir, yaşayanlara isə cansağlığı, yaradıcılıq
uğurları arzulayıram.
Bayramınız mübarək,
əziz həmkarlar!
…Bu gün ömürlərin,
talelərin məqamlarını
yaşadan kino sənətimizin 109 yaşı
tamam olur. İnanırıq ki, çağdaş dövrümüzün
kino xadimləri özlərindən əvvəlki
dəyərli ənənəni
şərəflə yaşadacaq,
xalqımızın inkişaf
yollarından, ölkəmizin tərəqqisindən, müstəqilliyimizin günbəgün möhkəmlənməsindən
bəhs edən ekran əsərləri yaradacaqlar. Ən əsası, ata-baba yurd yerlərimizin düşmən işğalından
azad olması günündən çəkdikləri
canlı kadrları gələcək nəsillərə
ərməğan edəcəklər.
Azərbaycan.-2007.-2 avqust.-S.8.