Rəhimqızı Z.

 

Dövlət sifarişli filmlərin sayı artırılacaq

 

Mədəniyyət və Turizm naziri Kino günündə belə bir vəd verib

 

Avqustun 2-si kino xadimləri bayramlarını qeyd ediblər. "Azərbaycan" kinoteatrının qarşısındakı sərgi ilə tədbiri açıq elan edən kino sənətinin nümayəndələri daha sonra mədəniyyət turizm naziri Əbülfəs Qarayevin çıxışını dinləyiblər. Nazir qeyd edib ki, bu il Azərbaycan kinosu üçün çox əlamətdar olub: "Cari ildə dövlət vəsaiti hesabına 7 tammetrajlı film çəkilib, gənclərin 5 kino layihəsi maliyyələşdirilib. Gələn il bu rəqəm 8 daha çox olacaq. Bundan başqa, bu il "Nizami" kinoteatrının əsaslı təmirinə başlanacaq iki ildən sonra Kino Bayramı orada qeyd olunacaq".
Daha sonra nazir tədbir iştirakçıları ilə birlikdə açıq havada mini-meydan formasında qurulmuş, bədii filmlərin çəkilişlərində istifadə edilən rekvizitlər xüsusi avadanlıqlar, eləcə filmlərə kino sənətkarlarına həsr edilmiş fotostendlərdən ibarət sərgi ilə tanış olub. Sərgidə Film Fondunun kolleksiyasından "Arşın mal alan", "O olmasın, bu olsun", "Bəxtiyar", "Ulduz", "Möcüzələr adası", "Görüş", "Ögey ana", "Bizim Cəbiş müəllim" digər bədii filmlərdən fraqmentlər səyyar televiziya vasitəsi ilə nümayiş etdirilib.
Mətbuat nümayəndələri ilə söhbətində nazir son zamanlar kino sənətinə dövlət qayğısının diqqətinin artırıldığını, hazırda Azərbaycan kinosunun inkişaf dövrünü yaşadığını qeyd edib. Nazir eyni zamanda ölkə başçısı İlham Əliyevin kino xadimlərinin bir qrupuna fəxri adların, eləcə Kino fotosənədləri arxivinin direktoru Nina Fişevaya prezidentin fərdi təqaüdünün verilməsi haqqında avqustun 1- imzaladığı sərəncamları xatırladaraq bunları söyləyib:
"Dövlətin kino sənətinə ayırdığı məbləğ ilbəil artmaqdadır. Buna nümunə olaraq son illər "Ovsunçu", "Küçələrə su səpmişəm", "Girov", "Biz qayıdacağıq" filmlərinin ekranlaşdırılmasını göstərmək olar. Hazırda isə "Cavid ömrü", "Hökmdarın taleyi", "Cavad xan", "Qala" s. filmlər ərsəyə gətirilir. Bununla yanaşı bir sıra sənədli cizgi filmləri ekran həyatını yaşayıb".
Tədbirin davamında Əbülfəs Qarayev əlamətdar gün münasibətilə qocaman kino işçilərinə pul mükafatları, "Bu meydan, bu ekran" müsabiqəsinin qaliblərinə isə diplomlar təqdim edib.
Mərasimdə daha sonra son bir il ərzində kino sənətkarlarının yubileylərinə, xatirələrinə həsr olunmuş mərasimlər, keçirilmiş tədbirlərlə bağlı videokadrlar, eləcə çəkiliş meydançalarından reportajlar göstərilib. Tədbirin sonunda çəkilişi yenicə başa çatmış "Ev" bədii filmi nümayiş etdirilib. Ssenari müəllifləri Ramiz Fətəliyev Asif Rüstəmov, quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu rəssamı Rafiq İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə olan filmdə əsas rollarda Rasim Cəfərov, Təranə Əliyeva başqa aktyorlar çəkiliblər.

 

Ayna.-2007.-4 avqust.-S.18.