Bakı Musiqi Akademiyasının maddi-texniki
bazasının yaxşılaşdırılması
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycanda
musiqişünas kadrların yetişdirilməsində
böyük xidmətləri olan Bakı Musiqi
Akademiyasının maddi-texniki bazasını
möhkəmləndirmək məqsədi ilə qərara
alıram:
1. Bakı Musiqi Akademiyası
binasının əsaslı
təmir olunması və yeni musiqi
alətlərinin alınması
üçün Azərbaycan
Respublikasının 2007-ci il
dövlət büdcəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə 7,0 milyon
(yeddi milyon) manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan Respublikası
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci
bəndində göstərilən
vəsaitin Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi və Bakı Musiqi Akademiyası ilə razılaşdırılmış bölgüyə əsasən
maliyyələşdirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
4. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 avqust 2007-ci il
Azərbaycan.-2007.- 23 avqust.-S.3.