Cabbar Qaryağdıoğlunun
xatirəsinin əbədiləşdirilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Milli musiqi
sənətinin görkəmli nümayəndəsi, ustad
xanəndə Cabbar Qaryağdıoğlunun xatirəsini
əbədiləşdirmək məqsədi ilə qərara
alıram:
1. Bakı Şəhər
İcra Hakimiyyəti Cabbar Qaryağdıoğlunun
qəbirüstü abidəsinin
ucaldılmasını, həmin
ərazidə abadlıq
işlərinin görülməsini
və Bakı şəhərinin küçələrindən
birinə onun adının verilməsini
təmin etsin.
2. Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi Cabbar Qaryağdıoğlunun
həyat və yaradıcılığı haqqında
sənədli filmin çəkilməsini təmin
etsin.
3. Azərbaycan Milli Elmlər Akademiyası Cabbar Qaryağdıoğlunun
həyat və yaradıcılığından bəhs edən kitabın hazırlanması
və nəşr edilməsi üçün
müvafiq tədbirlər
görsün.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
5. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 avqust 2007-ci il
Azərbaycan.-2007.-17
avqust.-S.1.