Akifqızı S.

 

Hər qaranlıq gecənin bir işıqlı sabahı var

 

İnsan zamanın ağuşunda illəri bir-birinin ardınca yola salır. Geridə qoyduqları isə yaşanan ömrün xatirələrə dönməsi, dünənin əzabını, sevincini doğmalarına yaşatmasıdır. Sabahın ümidləri isə ömrünün dərdlə dolu pıçıltılarını unutdurması, davam edən yaşamına bir sevinc pəncərəsinin açılmasıdır. Hərdən qəlbinə hakim kəsilən, olumla ölüm arasında yaşanan anlar onun üçün bir yuxudur. Bu yuxudan gerçəyə qayıdan, hardasa Tanrının ikinci şans verdiyi respublikanın əməkdar artisti, sevilən müğənnimiz Baloğlan Əşrəfovdur.
Bəlkə ömür yoluna daha yaxından bələd olduğum üçün bu məqamda ondan müsahibə götürmək bir qədər ağır çətin olsa da , müğənninin dünyasını, bu gün keçirdiyi hissləri onu sevənlərə çatdırmaq mənim üçün maraqlıdır.
B. Əşrəfov 1951-ci il oktyabrın 8- Masallının Bədəlan kəndində, müəllim ailəsində dünyaya göz açıb. Tərəzi bürcündəndir. Sevdiyi yemək plov, gül-qızılgül, fəsil-yaz, rəng-yaşıl, rəqəmsə 8-dir.
Martın 8-i. Bütün dünya qadınları üçün ələmətdar olan bu gün B.Əşrəfovun anasını, övladlarını, həyat yoldaşını möhkəm sarsıtmışdı. Müğənninin ağır xəstəlik xəbəri nəinki yaxınlarını, həmçinin pərəstişkarlarını da qorxutmuşdu. O özü ağlına gətirə bilməzdi ki, Tanrı onu belə bir ağır sınağa çəkib imtahandan üzüağ çıxaracaq. Buimtahann onun dünyaya baxışlarını dəyişdirdiyini müğənni özü etiraf etdi.
-Baloğlan müəllim, sizcə gəlimli-gedimli dünyada necə yaşamalıyıq ki, sonda peşmançılıqla üzləşməyək?
-Doğrudan da həyat fanidir, hər kəsə yaxşılıq etməyə çalışmalı, heç kimin qəlbinə dəyməməlisən. Elə yaşamalısan ki, adın yalnız xeyir işlərdə çəkilsin.
- İnanardınız ki, başınıza belə bir hadisə gələcək?
-Həyatdır, hər şey ola bilər. Mən belə bir qəfil hadisəni həyatımda yaşadım. Yenə şükürlər olsun ki, hər şey yaxşı qurtardı.
-Allahın qəzavü-qədərinə inanırsınız?
-Bu qədər haqq-hesabdan sonra deyirsiniz inanmayım?!
-Bugünkü yaşamınız üçün kimə minnətdarsınız?
-Allahıma həmyerlim Mübariz Məsimova. Allah mənə əcəldən möhlət ayırdı. M.Məsimov isə məni öz şəxsi təyyarəsində vaxtında Türkiyəyə çatdırmasaydı kim bilir, bu gün mən bəlkə həyatda yox idim.
-Bəs sizin üçün təmənnasız donorluq etmiş o şəxsə necə...
-Mən bütün xalqıma, məni sevənlərə, “yaşayacaqxəbərimi gözləyən hər kəsə əlbəttə ki, mənə yenidən ömür bəxş edən o insana borcluyam-bütün qəlbimlə minnətdaram.
-Baloğlan müəllim, deyirlər ki, bu əməliyyat səsinizə təsirsiz ötüşməyib?
-Bəziləri hələ yaxşı bilmir ki, qaraciyərin funksiyası nədən ibarətdir. Bu əməliyyatın səsimə heç bir təsiri olmayıb. Əksinə, səsim daha da açılıb.
-Yəqin ki, Türkiyədə olduğunuz vaxtlar Vətən üçün çox darıxırdınız.
-O qədər. İnanın məni dəbdəbəli evlərdə qonaq saxlasalar da, yenə bura üçün burnumun ucu göynəyirdi.
Dünya içrə bir dünya var,
Əsl adı Azərbaycan!”
Bax mən Azərbaycanım, doğmalarım, məni sevən insanlar üçün darıxmışdım.
-Xəstəliklə mübarizə apardığınız o ağır günlərdəəməkdar artistfəxri adı almağınız barədə bir şad xəbər eşitdiniz. O an hansı hissləri keçirdiniz?
-Düzü, təltifi eşidəndə qulaqlarıma inanmadım. Görünürhər qaranlıq gecənin bir gündüzü vardeyiminin mənə birbaşa aidiyyatı varmış.
-İnsan arzuları tükənməzdir. Sizikinci yaşamınızda hansı diləklərinizin həyata keçməsini istərdiniz?
-Ürəyimdə qalan arzularımın gerçəkləşməsini istərdim. İstərdim ki, sevilən mahnılar yazıb-oxuyum. Bilirdim ki, xalqım məni sevir. Amma bu dərəcədə çox sevildiyimi bilmirdim. Ona görə xalqıma elə nəğmələr bəxş etmək istəyirəm ki, onların mənə olan məhəbbəti sonsuz olsun.
-Şair Qəni yazır ki,
Əzizinəm dərdi var,
Dərd çəkənin dərdi var,
Yumruq boyda ürəyin
Dünya boyda dərdi var.

Bəs sizin dərdiniz nədir?
-Hamı kimi mənim torpaqlarımızın hələ işğal altında qalmasından başqa dərdim yoxdur. Allahdan torpaqlarımızın azad olunmasını xalqıma cansağlığı arzulayıram.
-Bəs bu qoca dünyadan kam almısınızmı?
- nemət veribsə, dadmışam. Hazırda Allahın verdiyi ömrü şükür edərək yaşayıram.
- İndi ömür karvanınızın sarvanı sizi hara doğru aparır?
-Yalnız irəliyə gələcəyə...


İki sahil.-2007.- 15 avqust.-S.6.