Ermənilərin
oğurluq faktları araşdırılır
Azərbaycan ÜTT qarşısında “Kor ərəbin mahnısı”
və “Vokaliz” lə bağlı iddia qaldırıb
Fikrət Əmirovun
“Kor ərəbin mahnısı” və müğənni Brilliant Dadaşovanın “Vokaliz” mahnı əsərinin ermənilər tərəfindən
oğurlanması ilə
bağlı Müəllif
Hüquqları Agentliyinin
Ümumdünya Ticarət
Təşkilatına müraciəti
əsasında əqli
mülkiyyətin qorunması
ilə bağlı beynəlxalq tədbir
keçiriləcək. Bu
barədə APA-ya Azərbaycan Müəllif
Hüquqları Agentliyinin
hüquq şöbəsinin
müdiri Xudayat Həsənli bildirib. Azərbaycan Ümumdünya
Ticarət Təşkilatının
dəstəyi ilə keçiriləcək toplantıda
əqli mülkiyyətin
qorunması, bu sahədə əməkdaşlıq
kimi məsələlər
ətrafında fikir mübadiləsi aparılacaq.
Yaxın vaxtlarda keçirilməsi nəzərdə
tutulan beynəlxalq tədbirə bir sıra xarici ölkələrin nümayəndələri
qatılacaqlar. Eyni zamanda , Müəllif Hüquqları Agentliyi ermənilərin xalqımızın
mədəniyyət və
incəsənət nümunələrinin
oğurlamaları istiqamətində
beynəlxalq təşkilatlarla
mütəmadi iş aparır. Bu məqsədlə agentliyin
sədr müavini Oqtay Səmədov Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Cenevrədəki ofisində
olub. Sədr müavini Cenevrədə keçirdiyi görüşlərdə
Azərbaycan bəstəkarı
Fikrət Əmirovun “Kor ərəbin mahnısı” və müğənni Brilliant Dadaşovanın “Vokaliz” mahnı əsərinin ermənilər tərəfindən
oğurlandığını ÜTT-nin rəsmilərinə
çatdırıb. Azərbaycan
tərəfinin iddiası
qurum tərəfindən
qəbul edilib. Məsələnin araşdırılması
Ümumdünya Əqli
Mülkiyyət Təşkilatının
Arbitraj Qrupuna həvalə olunub. Müəllif Hüquqları
Agentliyi artıq Arbitraj Qrupuna müraciət edib. Onun sözlərinə görə, Arbitraj Qrupu münaqişə qrupu statusu daşıyır.
Buraya müraciət etməkdə məqsəd
F. Əmirovun “Kor ərəbin mahnısı”
və B. Dadaşovanın
“Vokaliz” mahnısını
ermənilərin özününküləşdirməsinə
son qoymaqdır. X. Həsənlinin sözlərinə görə, hələ
2004-cü ildə Müəllif
Hüquqları Agentliyi
“Vokaliz” mahnısının
ermənilər tərəfindən
oğurlanması ilə
bağlı Ümumdünya
Əqli Mülkiyyət
Təşkilatının Arbitraj
Məhkəməsinə müraciət
edilib. Cari ilin əvvəlində isə agentlik “Kor ərəbin mahnısı” ilə bağlı quruma növbəti müraciət
ünvanlayıb: “Ümid
edirik ki, bu dəfə müraciətimiz cavabsız
qalmayacaq. “Kor
ərəbin mahnısı”nın və “Vokaliz”in azərbaycanlı
müəlliflərə məxsus
olması barədə
kifayət qədər
dəlil-sübut
var ki, həmin sənədlər də Ümumdünya
Əqli Mülkiyyət Təşkilatının Arbitraj Qrupuna
göndərilib
Yeni Azərbaycan.-2007.-8 avqust.-S.8.