Əliağa Quliyevə aid sənədlər arxivə
təqdim olunub
Görkəmli
tarzən, xalq artisti Əliağa Quliyevin 90 illik yubileyi ərəfəsində
ona aid 500-ə yaxın sənəd yaxın günlərdə araşdırıcıların
ixtiyarına veriləcək
Bu barədə
APA-ya Salman Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivinin direktoru Maarif Teymur məlumat
verib. O bildirib ki, sənədləri arxivə xalq artistinin oğlu Adil Quliyev təqdim
edib. Materialların arasında Əliağa Quliyevin Rəşid Behbudov, Zeynəb Xanlarova, Əhməd Bakıxanov, Cahangir Cahangirov, Həbib Bayramov, Şövkət Ələkbərova, Sara Qədimova və başqa korifey sənətkarlarla fotoşəkilləri,
solo konsertlərinin afişa proqramları yer alıb.
Qeyd edək ki, İkinci Dünya Müharibəsində
iştirak edən Əliağa Quliyev hərbi hissələrdə
azərbaycanlılardan ibarət
musiqi kollektivini yaradanlardan biri olub. Materialların arasında bu faktı təsdiqləyən
sənədlər də
var.
Bizim yol.-2007.-1
avqust.-S.15.