Günay

 

Mənasız söz yığını +pis bəstə+yaxşı aranjeman= ümummilli hit

 

Bu gün dinlənilən mahnılar insanlarda demək olar ki, heç bir hiss-həyacan, təəssürat yaratmır. Az adam tapılar ki, hər hansı bir mahnını dinləyərkən, onun bəstəkarı, ifaçısı, sözləri haqda düşünsün. Amma biz bu mahnılara diqqətlə qulaq asmalıyıq ki, onların mənalarının dəyişməsini görə bilək. "Ürəyim tup-tup döyündü, qəlbimdə keçdi belə hiss", və yaxud da "Ağ bəxtimi qara yazdı taleyim..." kimi mahnılarda olan bu sözlər nəyə lazımdır?

Lakin bu heç kimi narahat etmir. Bəstəkar Eldar Mansurov bunu sərbəstliklə əlaqələndirir: "İndiki mahnılarda məna yoxdur. Hətta elə vaxtlar olub ki, mənə verilən sözlərinin mənasızlığından utanıb, mahnı bəstələmək istəməmişəm. Səbəb isə ondadır ki, əvvəllər senzura vardı. Senzuradan kənar sözlərə icazə vermirdilər. İndi isə bizdə sərbəstlikdir. Hər iki nəfərdən biri mahnıya sözlər yazıb, özlərini şair adlandırırlar".

Onun fikrincə, indiki mahnılar sifariş xarakteri daşıyır. Çox vaxt elə mahnılar yazılaraq ad günü olan insanlara bağışlanır: "Çox vaxt müğənni türk yaxud rus mahnılarını tərcümə edib oxuyur. Bəzi sözlər var ki, öz dillərində mənalıdır, bizim dilə tərcümə edəndə çox gülməli alınır".

Müğənni Flora Kərimovanın fikrincə isə bu, ümumi tendensiya olsa da, istisnalar da az deyil: "Bu gündə estradamızda mahnılara, onun sözlərinə, musiqisinə böyük məsuliyyətlə yanaşan ifaçılarımız var. Məsələn, mən repertuarlara çox diqqətlə yanaşıram".

Oxuyan Zülfiyyə Xanbabayeva mahnıların mənalarının dəyişməsini zamanla əlaqələndirir: "Əsas odur ki, mahnı şən, aranjemanı isə partaq olsun. Elə vaxt olur ki, musiqini dinləyəndə o qədər səni çəkmir, aranjeman olunduqdan sonra isə sanki bütün boşluqlar öz yerini tutur. Gənclər yadda qalan sadə, tez xoşa gələn mahnıla tələb edir. Gənclərə qarşı isə cıxmaq olmur. Repertuarımda şən mahnılar da var. Dərin olmasa da onlarda məna var".

Əlavə edək ki, əslində bu problem yeni deyil. Sovet dövründə belə mahnı sözlərinin mənalı olmaması ilə müzakirələr gedirdi. Məsələn, Cənubi Azərbaycan müğənnisi Peymanın repertuarından götürülən, məhbus folkloruna aid, eləcə Ağadadaş Ağayev, Məmmədbağır Bağırzadə, Baloğlan Əşrəfov kimi o zamankı nclərin öz repertua səsyazma studiyalana efirə yol tapması ciddi tənqid olunurdu. Bir az da əvvələ getsək, böyük müsəlman ziyalısı Həsən bəy Zərdabinin ilk mətbu qeydlərində bu problemə toxunulduğunun şahidi olarıq.

 

Paritet.- 2007.- 7-8 avqust.- S. 12.