Günel
Musiqi dərsliklərini
müəllimlər belə qavramır
Orta
məktəblərdə tədris olunan musiqi
dərsliklərinin səviyyəsi bəzi
mütəxəssisləri, həmçinin də musiqi
müəlimlərini narazı salır. Mütəxəssislər
ibtidai siniflər üçün yazılan
musiqi dərsliklərini
şagirdlər bir yana, çox zaman müəllimlərin
belə qavramadığını
bildirirlər. Bütün
bunlara aydınlıq gətirmək üçün,
orta məktəb musiqi dərsliklərinin müəliffi, professor, bəstəkar Oktay Rəcəbovla əlaqə
saxladıq.
Bəstəkar bildirdi
ki, Azərbaycanda musiqi dərslikləri yeni yaranmağa başlayıb: “Azərbaycan
müstəqil olandan sonra, təxminən 8 il musiqi dərslikləri
yazılmadı. Ilk dərsliklər 1997-ci ildən
başlayaraq yaranmağa
başladı”.
Bəstəkarın sözlərinə
görə, əvvəlcə
rus bölməsinin 1,
2, 3, 4-cü sinifləri, sonra
isə Azərbaycan bölməsinin şagirdləri
üçün musiqi
dərslikləri hazırlanıb:
“Nəhayət 2005-ci ildə
mənim rəhbərliyimlə
1-4-cü siniflər və
8-ci sinif üçün
Azərbaycan dilində
musiqi dərslikləri
yarandı. Deyim ki, bu günə
kimi ölkədə
8-ci sinif üçün
musiqi dərsliyi olmayıb. Azərbaycanın
tarixində ilk 8-ci sinif üçün musiqi dərsliyi isə satılmadığına
görə, yığışdırıldı”.
O. Rəcəbov qeyd etdi ki, musiqi
dərslikləri yaranmazdan
əvvəl orta məktəblərdə Təhsil
Nazirliyinin təsdiq etdiyi proqram əsasında dərs keçirilib: “Həmin proqram 1978-ci ildən
1985-ci ilə kimi orta məktəblərdə
eksperimentə buraxıldı.
Sabiq maarif naziri Elmira Qafarovanın
göstərişilə mən
bu eksperimenti 30 Bakı və 15-ə yaxın bölgə məktəblərində
keçirdim. Yaxşı
da effekt verdi”.
Müsahibimizin deyir ki, hazırda orta məktəblərdə
tədris edilən musiqi dərsliklərinin səviyyəsi qanaətbəxşdir.
Onun sözlərinə
görə, sovet dövründə təhsilə,
mədəniyyətə xüsusən
də dərsliklərə
çox diqqət yetirilirdi: “Müstəqilliyin
ilk illərində ölkədə maliyyə
vəziyyəti o qədər yüksək olmadığına görə,
bu sahəyə az diqqət ayrılırdı. Indi isə vəziyyət nisbətən yaxşıdır.
Son bir neçə
ildə, 2005-ci il daxil olmaqla, artıq bizim ümumtəhsil məktəbləri
üçün musiqi
dərsilikləri hazırlanıb.
Azərbaycanın nüfuzlu şəxsiyyətləri,
alim və pedaqoqlar bu işə
qoşulublar. Özüm
musiqi dərslikləri
hazırlayarkən orta
məktəb müəllimi
olan Tamella Babayevanı pedaqoq kimi bu işə
cəlb etmişəm.
6-7-ci siniflər üçün
isə dərsliyi Oqtay Zülfüqarov və Vidadi Xəlilov yazıb. Çox gözəl də dərslik yaranıb. 8-ci siniflər üçün
dərsliyi rəhmətlik
Tofiq Quliyev, Gülnaz Abdullazadə və mən hazırlamışdıq. Qeyd
edim ki, bu dərslik Tofiq müəllimin vəfatından sonra, çap olundu”.
Musiqi dərsliyi sahəsində xırda problemlərin olduğunu istisna etməyən O.Rəcəbov bildirdi ki, dərsliklərdən əlavə not xrestomatiyası, fono xrestomiyanın hazırladıb
çap olunması lazımdır: “Yəni uşaqların bu musiqinin necə səsləndiyini eşitmək
üçün disklər
hazırlanmalıdır. Bundan
savayı elektron dərsliklər yaradılmalıdır”.
Azadlıq.- 2007.- 8 avqust.- S. 12.