Təhminə

 

Astara rayon Mərkəzı Kıtabxanasının 380 minlik

 kitab fondu var

 

Nazım Fərəməzov: Bu yaxınlarda Amerika səfirliyinin dəstəyi ilə 385-ə qədər informasiya mərkəzi üçün kitab almışıq"

 

 

Respublikamızda kitabxanalar çoxdur va son bir-iki ildə kitahxanaların inkişafı ilə əlaqədar qərar və formanlar verilir. Kitabxanalar cəmiyyətin intellektual szviyyəsinin inkişafında əsas göstəricidir. Bu gün respublikamızda Madəniyyat Turizm Nazirliyi nəzdində 40000-dm çox kitabxanada 40 000 000-dan çox kitab saxlalır. Nəzərə alsaq ki, kitablan çap olunması bir prosesdirsə, onu oxuculara çatdırmaq isə əsas məsələdir. Onu da qeyd edək ki, oxuculan əsasını gəncr təşkil edir. Kitabxanalan əsas məqsədi fonetikan qorunması, xidmətin təşkil edilmssi, oxucuları mütamadi olaraq dövri mətbuatla tanış etməkdir.

Bu baxımdan Astara rayon mərkəzi rayon kitabxana sisteminin fəaliyyəti diqqətəlayiqdir. Mərkəzi kitabxana 1975-ci ildən fəaliyyət göstərir. 1985-ci ildərı isə kitabxanaya ali təhsilli kitabxanaçı Fərəməzov Nazim rəhbərlik edir. N.Fərəməzovla söhbətdən aydın oldu ki: "Mərkəzi kltabxanan 380 000-lik kitab fondu var. Kitabxana 100 yerlik oxucu zalına 28000 oxucuya malikdir. Bundan əlavə kitabxanada 50 000-dən çox müasir dünya ədəbiyyatı, dünya uşaq ədəbiyyatı, klassik ədəbiyyat

var. Bu yaxınlarda Amerika səfırliyinin dəstəyi ilə 385-ə qədər informasiya maərkəzi üçün kitab almışıq, bu kitablar hədiyyə kimi verilib, 1 nüsxədən artıq olan kitablar sözsüz ki, kmd kitabxanalarına 1 həftə müddətinə paylanır, bu kitablar demək olar ki, əsasən ingilis dilli kitablardır. Eyni zamanda mərkəzi kitabxana olaraq latın qrafıkası ilə çap olunan ədəbiyyat da alırıq. N.Fərəməzov əlavə etdi ki, bu gün oxucularımızın əsas hissəsi dünya uşaq ədəbiyyatı seriyasına meyl göstərir, həmçinin çalışırıq ki, respublika kitabxana kollektorundan aldığımız kitablar uşaq ədəbiyyatına aid, kiçik həcmli kitablar daha çox olsun. Bu gün kitabxana fondunun mühafizssi, onun təşkili ilə əlaqədar öz aktuallığını itirən kitablar silinir və öz fondumuzda bu mənada ideya siyasi aktualhğı, məzmun cəhətdən itirilmiş kitabları silirik, bunlar aktlaşdırılır, fonddan çıxarılır va nazirliyin sərəncamı ilə tədarük məntəqələrinə veririk. Bıı prosesdə həmin kitablar kataloqdan və inventarın siyahısından da çıxarılır".

N.Fərəməzovla söhbətdən aydın oldu ki, bəzi kənd kitabxanaları rayon icra hakimiyyətinin sərəncamı ilə öz vəsaiti hesabına yenidən qurulur, əksər kitabxanalar bu günün tələbi ilə ayaqlaşır, bu ilin 20 aprel tarixində prezident İlham Əliyevin sərəncamına əsasən ölkədə kitabxana işinin inkişafı, yenidən qurulması, genişləndirilməsi ilə əlaqədar Astara rayonunda da əsas kitabxana və ona birləşdirilən kitabxana yaradılacaq və bu gün həmin iş artıq görülür. Kənd kitabxanalarımız zənginləşdiyindən oxucularımızın sayı da artır. Biz bildirdik ki, Ərçivan mədəniyyət evinin binasında yerləşən kənd kitabxanasının guya 1500 nəfər oxucusu olduğu halda oxu zalı idman zalına verilib. Kitabxanada təzə qəzet olmadığını və bir gün öncə mədəniyyət evinin qapısından qıfıl asıldığını nəzərə çatdırdıq.

N.Fərəməzov müstəqil Azərbaycan Respublikası yarandığı vaxtdan gənclərimizin kitabxanalara üz tutmasını sevindirici hal kimi qiymətləndirdiyini bildirdi. Həqiqətən mərkəzi kitabxana sistemi nəzdində ulu öndərimiz Heydər Əliyev, Zərifə Əliyeva guşələri təşkil olunmuşdu. Bundan əlavə bütün şair yazıçılarımızın, dövlət səviyyəsində yubileyləri keçirilən keçiriləcək ziyalılarımıza həsr olunan guşələr təşkil olunmuşdu. Mərkəzi kitabxana sistemində sağlam mühitin olduğunu, həmçinin müdirin bir neçə xarici dil bildiyini öyrəndik. Bir sözlə, Astara rayonunda kitabxana işinin təşkili ümidverici əllərdədir. N.Fərəməzov qabaqcıl kitabxanaçı, qabaqcıl təbliğatçı adlana layiq görülüb.

 

Azad Azərbaycan.- 2007.- 19 avqust.- S. 7.