İbrahimova S.
Musiqilərimiz
arasında fərqli cəhətlər çoxdur
Cavanşir Quliyev: "Yaxşı sənətkar əsəri
maddiyyata görə yazmamalıdır"
Fəaliyyətini Şimali Kipr Türk Cümhuriyyətində davam
etdirən Cavanşir
Quliyev Bakıda məzuniyyətdədir. Bəstəkarla
görüşmək ərəfəsində
öyrəndik ki, amerikalı pianoçu Alan Faynberq onun
"fortepiano silsiləsi"
əsərini Santa Fe şəhərində keçirilən ənənəvi
kamera festivalında səsləndirib. Bundan əlavə, bir neçə balet üzərində işləyən
bəstəkarı yaradıcılıqdan
ayırmaq məcburiyyətində
qaldıq. Hər iki respublikanın musiqisini müqayisəyə
gətirən bəstəkar
bunları söylədi:
"Xalqlar bir-birinə yaxın olsa da, musiqilərimiz
arasında fərqli cəhətlər çoxdur.
Əsrlər boyu hər bir musiqi
öz kökü üstündə inkişaf
edib. Türkiyə bir imperiya olub.
Bu imperiyadan doğan tələblər
əsasında musiqi formalaşıb. Azərbaycan
uzun əsrlər dövlət ola bilmədiyi üçün
musiqi sərbəst inkişaf edib. Ölkələr arasında
oxşar cəhətləri
Şərq ənənələri
birləşdirir. Mənə
görə, Azərbaycan
musiqisi qonşu İrana daha yaxındır, nəinki Türkiyəyə. Yalnız
aşıq sənətindən
danışarkən türk
musiqisi ilə oxşar cəhətlərin
olduğunu söyləmək
olar. Bunun da kökləri ozan sənətinə gedib çıxır. Amma muğam anlayışı Türkiyədə
yoxdur. Arabir ona bənzər musiqilər ifa edirlər. Ümumiyyətlə,
orada cəmiyyətin ehtiyacı başqa musiqiyə olub. Bu cür də
işkişaf yolu keçib".
Söhbət
zamanı Cavanşir müəllimdən sənətçilərin
bir-birinin bəhsinə
aldığı fəxri
adlara münasibətini
öyrəndik. Bəstəkarın
fikrincə, heç bir ölkədə havayı imtiyaz verilmir. Buna yalnız Azərbaycanda rast gəlmək mümkündür. Buradan
getməyinin səbəbini
mənəvi rahatlığa
olan ehtiyacı ilə əlaqələndirən
Cavanşir Quliyev əlavə etdi ki, burada ikən
yazı-pozu edə bilmirdi: "Etiraf edim ki,
maddiyyat baxımından
uduzdum. Amma getmək istədiyim üçün getdim".
Axtardığın
sakitliyi qonşu ölkədə tapdığını
deyən bəstəkar
işinin öz axarı ilə getdiyini söyləyir. Mənəvi həyatının
sağlam olduğunu deyən bəstəkarın
sözlərinə görə,
əsəb və gərginliyi burada qoyub: "Ömür boyu arzuladığım şəraiti tapmışam.
Səhər işə
gedir, axşam həmin əhval-ruhiyyədə evə qayıdıram. Heç kim mənə dəyib-toxunmur".
"Sənətkar əziyyət
çəkəndə daha
yaxşı əsərlər
meydana çıxır".
Bu deyimlə razılaşmayan bəstəkara
Çingiz Ələkbərzadənin
"Zindan" əsərini
misal çəkdik.
"Maddi həyat hamıya gərəkdir. Bu, həyat zəif olsun və yaxşı əsərlər yazasan, cəmiyyətin vəziyyətini
düzəltmək istəməyəndə
belə bəhənələr
yaranır - yəni sizi sıxmasaq, siz işləməsiniz. Yaxşı sənətkar
isə əsəri madiyyata görə yazmamalıdır. Ümumiyyətlə,
bədii sənətin
maddiyyatdan asılılığı
yoxdur. Onun öz qanunları var. Abbas Tufarqanlıdan
soruşurlar "niyə
şeir yazırsan?"
Deyir, "çünki
yazmaya bilmərəm".
Əsl sənətkar
içindəkini çıxartmaya
bilmir. Gəldi, onu ruhundan təcrid
etməlisən. Ana olmağa hazırlaşan qadına, heç bir qadağa qoya bilməzsən, o, ya ölməlidir,
ya da övladını
dünyaya gətirməlidir"
- deyə o bildirdi.
Çoxdan
bəri balet yaradıcılığı ilə
məşğul olan bəstəkar qeyd etdi ki, bu,
türkiyəli prodüserlərdən
birinin təklifi ilə yazılır. Bunun üçün də əsərin təqdimatı burada deyil, həmin prodüserin istəyi ilə öz məmləkətində keçiriləcək:
"Əsərin təqdimatına
məhdudiyyət qoyulmayıb.
Sadəcə, bu, həmin şəxsin istəyi çərçivəsində
olduğu üçün
konkret fikir söyləyə bilmərəm".
Ölkədəki
"həvəskar musiqiçi
ordusu"na mövqeyini bildirərkən
bəstəkar bunu bəzi mətbuat və televiziyada aparılan təbliğat komppaniyası ilə əlaqələndirdi: "Həmin
insanlara mən nə ulduz deyirəm,
nə də meqa-star. Müğənni
təkidlə onu ulduz adlandırmağı
tələb edə bilər, teleaparıcılar
buna göz yumurlarsa, günah elə onların özündədir. Ümumi
təqdimat qaydaları
var. Müğənninin
bir dəfə, iki dəfə tələbinə əhəmiyyət
verməsən, vərdişindən
əl çəkəcək.
Amma baxıram ki, günü-gündən cəmiyyətdə
ucuzlaşma gedir. Heç kimin dəftərini oxuyan yoxdur. Dəfələrlə
müxtəlif mövzular
haqqında çox danışmışam. Heç
deyən də yoxdur ki, niyə
belə edirsən? Çünki ictimai rəylə heç kim hesablaşmır. Ona görə də musiqi aləmində ictimai rəy yoxdur. Televiziya öz havasını çalır,
tənqidlə razılaşmaq
istəmirlər. Başqa
sahələrdə də
eyni ilə belədir. Necə ki, hər gün
şəhərin tıxaclarından,
zəhərli havasından,
zibilliklərindən canımızı
qurtara bilmirik, vəziyyət hələ
belə olacaq. Bunlar həyatımızın
bir hissəsini təşkil etməkdə
davam edir".
Kaspi.-2007.-25.-27
avqust.-S.20.