Təbliğat, təbliğat, yenə də təbliğat
Brilliant Dadaşovanın fikrincə,
ermənilərin plagiatlığına
qarşı mübarizə
aparmağın yollarından ən əsası Azərbaycan musiqisini dünya arenasında tanıtmaqdır
Azərbaycan Müəllif Hüquqları Agentliyi ermənilərin xalqımızın
mədəniyyət və
incəsənət nümunələrini
oğurlamalarına qarşı
ciddi mübarizə aparır. Agentlik bu istiqamətdə beynəlxalq təşkilatlarla
mütəmadi iş aparır. Bu məqsədlə Agentliyin
sədr müavini Oqtay Səmədov Ümümdünya Ticarət
Təşkilatının Cenevrədəki
ofisində olub. Sədr müavini Cenevrədə keçirdiyi görüşlərdə
Azərbaycan bəstəkarı
Fikrət Əmirovun
"Kor ərəbin mahnısı" və müğənni Brilliant Dadaşovanın "Vokaliz"
mahnı əsərinin
ermənilər tərəfindən
oğurlandığını ÜTT-nin rəsmilərinə
çatdırıb. Azərbaycan
tərəfinin iddiası
qurum tərəfindən
qəbul edilib. Məsələnin araşdırılması
Ümümdünya Əqli
Mülkiyyət Təşkilatının
Arbitray Qrupuna həvalə edilib.
Öyrəndik ki, Müəllif Hüquqları
Agentliyi artıq Arbitray Qrupuna müraciət edib. Agentliyin hüquq şöbəsinin müdiri
Xudayət Həsənlinin
sözlərinə görə,
Arbitray qrupu münaqişə qrupu statusu daşıyır. Bura müraciət etməkdə məqsəd
isə Fikrət Əmirovun "Kor ərəbin mahnısı"nın və Brilliant Dadaşovanın
"Vokaliz" mahnısının
ermənilərin özününküləşdirilməsinə
son qoymaqdır.
Xatırladaq ki, hər iki müəllifin
mahnıları erməni
müğənniləri tərəfindən
ifa edilir, hətta bu mahnılara
artıq klip də çəkilib.
Xudayət Həsənlinin sözlərindən
o da məlum
oldu ki, hələ 2004-cü Respublika
Müəllif Hüquqları
Agentliyi "Vokaliz"
mahnısının ermənilər
tərəfindən oğurlanması
ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının
Arbitray Məhkəməsinə
müraciət edib.
2007-ci ilin əvvəlində
isə agentlik "Kor ərəbin mahnısı" ilə bağlı quruma növbəti müraciət
ünvanlayıb: "Ümid
edirik ki, bu dəfə müraciətimiz cavabsız
qalmayacaq".
Xudayət Həsənli onu da bildirdi ki,
"Kor ərəbin mahnısı"nın və "Vokaliz"in azərbaycanlı müəlliflərə məxsus
olması barədə
kifayət qədər
dəlil-sübut var ki, həmin
sənədlər də
Ümumdünya Əqli
Mülkiyyət Təşkilatının
Arbitray qrupunagöndərilib.
"Vokaliz" mahnısının
müəllifi Brilliant
Dadaşovanın fikrincə,
ermənilərə qarşı
mübarizə aparmağın
yollarından biri və ən əsası Azərbaycan musiqisini dünya arenasında tanıtmaqdır:
"Mən bu qənaətdəyəm ki,
ifaçılarımız beynəlxalq səviyyədə
təşkil edilən
tədbirlərdə ermənilərin
özününküləşdirməyə
çalışdığı mahnıları ifa etməlidirlər. Fikrimcə,
konsertlərin musiqi tərtibatını hazırlayan
səlahiyyətli şəxslər
bilərəkdən məhz
bu mahnıları proqramlara daxil etməlidirlər. Digər
xalqların nümayəndələri
bir dəfə də olsa bizim
ifamızda bu mahnıları eşitsələr,
mübahisəyə ehtiyac
qalmayacaq. Onlar həmin andaca başa düşəcək
ki, bu, Azərbaycan
mahnısıdır. Çünki
bizim mahnılarımız
muğam üzərində
yazılıb. Belə
mahnıları isə
ancaq azərbaycanlı
oxuya bilər. Beləliklə də biz dünyaya bu mahnıların Azərbaycana aid olduğunu sübut edə bilərik. Təbliğat, təbliğat,
yenə də təbliğat əsas olmalıdır!"
Yeri gəlmişkən, Brilliant Dadaşova Azərbaycan Müəllif
Hüquqları Agentliyinə
gördüyü işlərə
görə minnətdarlığını
bildirdi.
Onu da qeyd
edək ki, Azərbaycanda Ümümdünya
Ticarət Təşkilatının
dəstəyi ilə əqli mülkiyyətin qorunması ilə əlaqədar beynəlxalq
tədbir keçiriləcək.
Müəllif Hüquqları
Agentliyindən verilən
məlumata görə,
belə tədbirin keçirilməsi Azərbaycan
tərəfinin müraciəti
əsasında qərara
alınıb. Artıq
bu barədə
ÜTT Müəllif Hüquqları
Agentliyinə məktub
göndərib. Yaxın
vaxtlarda keçirilməsi
nəzərdə tutulan
beynəlxalq tədbirə
bir sıra xarici ölkələrin nümayəndələri qatılacaqlar.
Toplantıda əqli mülkiyyətin qorunması,
bu sahədə əməkdaşlıq kimi
məsələlər ətrafında
fikir mübadiləsi aparılacaq.
Kaspi.- 2007.- 8 avqust.-S. 17.