Kanadada Azərbaycan musiqisi gecəsi

 

Beynəlxalq Kamera Musiqi Festivalının sonuncu günü musiqimizə həsr olunub

 

Ötən gün Kanadada Azərbaycan musiqi gecəsi keçirilib. "İpək yolunda dayanacaq" adlanan festival çərçivəsində keçirilən tədbirdə ilk dəfə Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Cövdət Hacıyevin, Firəngiz Əlizadənin, Fikrət Əmirovun, Tofiq Quliyevin başqa bəstəkarların əsərləri səsləndirilib. Konsert ingilis kilsəsi olan Sent-Markada təşkil olunub. Tədbirdə solist kimi Yeganə Axundova çıxış edib. Eyni zamanda, gecədə Vaqif Kərimov, Natali Roqersonun çıxışları dinlənilib. Musiqili gecəyə İsmayıl Hacıyev diriyorluq edib.

Xatırladaq ki, sözügedən festivalın sonuncu günü - bağlanış mərasiminin Azərbaycan musiqisinə həsr olunması nəzərdə tutulmuşdu. 2 saatdan çox davam edən Beynəlxalq Kamera Musiqi Festivalının sonuncu günü Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, Əməkdar artist Yeganə Axundova Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib

 

Kaspi.- 2007.- 15 avqust.- S. 17.