Kəbutər
Beynəlxalq
Qarabağ Fonduna pul köçürülmür
Roman
Ağayev: Bəstəkarlarımızın əsərləri
erməni musiqiçilərin ifasında səslənir
Moskvanın
küçələrində bu oğlan həmiş?
diqqət mərkəzindədir. Ona görə ki,
əynində həmiş? “erməni vəhşiliyinə son
qoyulsun” yazılmış köynəklər olur. Çox
nadir hallarda çıxardığı köynəklərin
arxasına Azərbaycanın işğal olunmuş
rayonlarının adı həkk olunub. “Erməni
vəhşiliyi” sözlərini oxuyan qonşularımız
istər-istəməz ona yaxınlaşırlar. Daha çox
ş?hərin küçələrində gəziş?n
asayiş keşikçilərinin basqısına məruz
qalır. Polis bölməsinə aparılan gəncin
əksər hallarda köynəyini əlindən alırlar. Roman Ağayev Füzuli rayonunda doğulsa da Moskvada
yaşayır və Rusiyada gənclər
hərəkatının liderlərindəndir. Əslində
digər soydaşlarımız kimi onu Moskvada
məskunlaşmağa məcbur edən nə qazanc
həvəsi, nə də komfort həyat arzusu olub. Lap
gənc yaşlarından öz vətənində kifayət
qədər normal mövqe tutan soydaşımızı
Rusiyaya hansı arzu aparıb, özü də bu barədə
danışmağa çətinlik çəkir:
- Həmin
köynəkləri Xocalı faciəsinin 14-cü
ildönümündə hazırladıq. Məqsədimiz bu
idi ki, tədbirimizə gələn əcnəbilərə
hədiyyə edək. Rus və ingilis dilində olan
“futbolkalar” gənclərin marağına səbəb oldu.
-Moskvada nə işlə
məşğulsunuz?
- Rusiyada qeydiyyatdan
keçmiş Beynəlxalq Qarabağ Fondunun prezidentiyəm.
Rusiya Azərbaycan Gənclərinin Koordinasiya
Şurasının və Rusiya azərbaycanlıları Milli
Muxtariyyətinin “Azərros” təşkilatının, “Azərros”
mediaholdinqin və ümumrusiya nəşri olan “Ya qrajdanin”
qəzetinin baş redaktoruyam. Muxtariyyət sözü
oxucuları çaşdırmasın. Bütün
qeyri-hökumət təşkilatlarından fərqli olaraq
muxtariyyət kimi qeydiyyatdan keçən qurumlar rəsmi hesab
olunur və dövlət strukturları əsasən onlarla
işləyir. Qeyd edim ki, Rusiyada digər millətlərin
də belə muxtar qurumları fəaliyyət göstərir.
- Bizim problemlərimiz
ermənilərlə olduğundan qonşularımızdan
uzağa getməyək.
- Ermənilər Rusiyada
çox güclü ş?kildə təşkilatlanıblar.
Onların nümayəndələri bütün dövlət
strukturlarında təmsil olunurlar, senatorları, deputatları
var. Qrızlovun müavini, Dövlət Dumasının vitse
spikeri Artur Çilingərov, Vladimir Jirinovski tamamilə
erməniləri dəstəkləyən adamlardı. Siyasi
nöqteyi-nəzərdən ermənilərin
fəaliyyətinə yalnız həsəd aparmaq olar. Rusiyada
bütün bank sistemini, demək olar ki, zəbt ediblər.
“Assosiasiya Bank of Rossii”nin prezidenti Tosunyan, Mərkəzi
Bankın prezidenti Andrey Kazlov qətlə yetiriləndə
ağlabatan motiv tapa bilmədilər bu qətldə. Amma az keçmədi
ki, onun yerinə erməni Melikyan seçildi. Başqa
millətlər üçün bəlkə də bu,
demokratiyanın təzahürüdür, digərləri
üçün təsadüfdür, amma azərbaycanlı
üçün sirri açılmayan qətlin
üzərinə düş?n işıqdır. Mədəni
fəaliyyətdə biz ermənilərdən fəal
görsənirik. Bizim hələ ki, gücümüzün
yetdiyi budur. Çünki nə onlarda olan təşkilatlanma,
nə maliyyə dəstəyi bizdə var.
- Nə qədər
döşümüzə döysək də
azərbaycanlıların hələ də tam
təşkilatlana bilmədikləri göz
önündədir. Diaspor qəzetlərinin fəaliyyəti
isə sərhədlərdən kənarda bütöv bir
Azərbaycan kimi tanınan respublikanı
bölgələrə bölməkdən ibarətdir.
- Rusiyada “Azərbaycan
konqresi”, “Azərros” və “Ya qrajdanin” qəzetləri rusca,
“Azərbaycan diasporu” və “Millətin səsi” isə
Azərbaycan dilində nəşr olunur. Son iki qəzetin
məqsədi Rusiyada yaşayan və informasiya
qıtlığı çəkən soydaşlarımızın
ehtiyaclarını ödəməkdən ötrüdür. O
qəzetlər müxtəlif təşkilatlara,
azərbaycanlıların çoxluq təşkil etdiyi
bazarlara, azərbaycanlı restoranlarına pulsuz paylanır.
Bundan başqa, yeni bir qəzetin nəşrinə
başlamışıq. Hələ ki, Azərbaycan dilində
nəşr olunan “SalamPress” qəzetinin artıq rus dilində
variantını da planlaşdırırıq.
Diasporumuzun
fəaliyyətinə gəldikdə isə, bizimkilərin
ş?xsi ambisiyaları işləməyə imkan vermir.
Moskvada fəaliyyət göstərən
“İnter-Azərbaycan” kanalı vardı. Rusiyada digər
millətlərdən ilk olaraq biz kabel kanalı
açmışdıq. Bilirsiniz ermənilərin bizdən
fərqi nədir? Əgər bu kanalı erməni
açmış olsaydı, axtarardı, istedadlı adamları
ətrafına toplardı, iş? ruslardan də cəlb
edərdi, yaxşı maliyyə vəsaiti sərf edərdi
ki, fəaliyyətini genişləndirə bilsin. Bizimki
neylədi? Tanışlıq, pul alıb işə
götürmək və sairlər bir tərəfə
qalsın, işçilərin vaxtlı-vaxtında pulunu da
vermədi. Halbuki
abunə kanalı olduğundan heç bir maliyyə problemimiz
yox idi.
Azərbaycan televiziyası açmaq, millətin mənafeyini
düşünmək adı altında özü
üçün çalışdığından
bütün çətinliklərdən keçib
qurduğumuz iş bir anda darmadağın oldu.
Diasporada
işləyənlərin bir maniyası da var. Orada
görülən işləri millətin
təbliğatına hesablamırlar. Həmin işlərin
təşkilatçısı kimi Azərbaycanda
özlərinin reklamları ilə məşğul olurlar.
Milləti yox, özlərini, geri qayıdıb
hansısa vəzifəyə sahib olmağı
düşünürlər. Bizim
işlərimiz nəinki ermənilərin, həmin
dırnaqarası diaspor təşkilatlarımızın
xoşuna gəlmir. Zəng vurub bizə
tapşırırlar ki, bu qədər fəallıq
göstərməyək.
- Bununla belə son illər
Moskvadakı Azərbaycan diasporunun fəaliyyətində
müsbət irəliləyişlər nəzərə
çarpır.
- Bu, Heydər Əliyev Fondunun
Moskvadakı nümayəndəliyinin rəhbəri Leyla
Əliyevanın Rusiyadakı Azərbaycanlı Gənclər
Hərəkatına dəstək verməsi ilə
bağlıdır. Leyla Əliyeva eyni zamanda
Moskva Dövlət Beynəlxalq Əlaqələr
İnstitutunun Azərbaycan Klubunun prezidentidir. O,
əvvəlcə bizim “Azərros” cəmiyyətinin
işləri ilə yaxından
-Son illərin fəallığı
rus cəmiyyətində həm də ajiotajlar doğurur.
-Həqiqəti nə qədər
gec, nə qədər xırdalanmış formada olsa da
qəbul etdirmək mümkündür. Sadəcə
çalışmaq lazımdır. Adi bir
misal çəkim. Hər il Moskvada
Beynəlxalq Turizm Sərgisi keçirilir. Müxtəlif
ölkələr müraciət edir və ona ödədiyi
mü?yyən məbləğin
müqabilində stend ayrılır. İki ildir
sərgidə qondarma Dağlıq Qarabağ Respublikası da
iştirak edir. Stendi ermənilər
təqdim edir, yanında qondarma respublikanın bayrağı,
Azərbaycan musiqiləri səslənir. Ötən il qondarma respublikanın təqdimat mərasimi
keçirilirdi. Biz əynimizdə “erməni
terrorizminə son qoyulsun” sözləri yazılmış
maykalar Azərbaycanın bayraqlarını açıb
canlı sipər yaratdıq və imkan vermədik ki, həmin
stendə bir turist də yaxınlaşsın. Ermənilər məcbur olub bir saatlıq vaxt
üçün hazırlanmış proqramı 15
dəqiqəyə yekunlaşdırdılar. Polislər müdaxilə edəndə biz sakitcə
dayandığımızı dedik. Dedik
ki, biz çox sülhsevər bir millətik, Dağlıq
Qarabağ da Azərbaycanın ərazisidir. Ona görə də haqqımız var ki, Qarabağ
stendinin qarşısında dövlətimizin
bayraqlarını qaldırıb duraq. Ermənilər
nə qədər çalışsalar da bizi provakasiyaya
çəkə bilmədilər. Heç
bir qarşıdurma yaratmayacağımıza söz
verdiyimizdən susub durduq. Bu il isə artıq bizə
Azərbaycanı sərgiyə gələnlərə
təqdim etmək üçün ş?rait
yaratdılar. Təcili bədii bir proqram
hazırladıq. Axtarıb rəqs
edənləri tapdıq. Musiqimizi
nümayiş etdirdik. Mədəniyyət
və Turizm Nazirliyi, başqa-başqa əlaqədar
təşkilatlar dəstək versəydilər, daha
güclü olduğumuzu sübut edərdik. Maraqlıdır ki, həmin sərgidə iştirak
üçün külli miqdarda vəsait tələb edilmir.
Amma nədənsə hətta Zimbabvenin
iştirak etdiyi bu sərgiyə Azərbaycan qatılmır.
- Ermənilərin Dağlıq
Qarabağla bağlı az qala mindən
çox saytı, portalı var. Bizimsə barmaqla sayılacaq
saytlarımız bir-birinin təkrarıdır və heç
bir mərama xidmət etmir.
- Hər hansı bir saytın,
portalın saxlanılması, yayımlanması
üçün güclü pul lazımdır. Nə ediriksə, öz gücümüz
daxilində, qazancımızın
çərçivəsində edirik. Bizim
Beynəlxalq Qarabağ Fonduna indiyə qədər
həmyerlilərimiz bir qəpik də olsun pul
köçürməyib.
- Çox təmtəraqla təqdim
edilən Azərbaycan Bazar Günü məktəblərinin
məramı nəd?n ibarətdir?
- Moskvadakı 157 saylı
məktəbdə belə bir tədris sistemi qurulub. Həmyerlimiz Aida Quliyevanın direktoru olduğu
məktəbdə digər xalqların
nümayəndələri də təhsil alır. Bazar günü məktəbi isə fakültativ
olaraq fəaliyyət göstərir. Tariximiz,
mədəniyyətimiz tədris olunur. Rus dilində
təhsil alan azərbaycanlı
uşaqların ana dilini unutmaması, öz xalqının
keçmişinə, tarixinə, mədəniyyətinə
bələd olması üçün tədris olunur. Bunun digər xalqlara dəxli yoxdur.
- Rus yanaşmasında erməni,
azərbaycanlı, gürcü, abxaz onun toplumunda yaşayan
kiçik milli azlıqlardı. Bu cəhətdən milli
azlıqların Rusiya ərazisinə
daşıdığı kənar münaqiş?lər həmin cəmiyyət
üçün nə dərəcədə maraqlı ola
bilər?
- Rus toplusu başqa-başqa
zümrələrdən ibarətdir və təbii ki, maraqlar
da fərqlidir. Elə təbəqə var ki,
ən böyük marağı bir tikə çörək
pulu qazanmaqdır. Amma ölkə
elitasının maraqlarında dünyanın bütün
prosesləri durur. Ən çox da MDB
məkanında baş verənlər. Təbii
ki, həmin elita üçün ən əvvəl
dövlət mənafeyi maraqları mövcuddur. Niyə
həmin elitanı erməni fəth eləsin, biz yox?
Rusiyada Dünya
Jurnalistlərinin Konqresi keçirilirdi. Orada
ermənilər ingilis dilində Xocalı ilə bağlı
elə kitablar paylayırdılar ki, biz özümüz də
fakt qarşısında heyrətdə qalmışdıq.
Bizim problemimiz insanları
səmimiyyətimizə inandıra bilməməyimizdir.
Qarabağın adı ilə o qədər ş?xsi mənafeyə xidmət edən
təşkilat fəaliyyət göstərir ki,
cəmiyyətdə bu məsələyə qarşı
qıcıq yaranmaqdadır. Bu da
özlüyündə bizim fəaliyyətimizə mənfi
təsir göstərir.
- Fikrinizcə, təbliğat
vasitəsi kimi hansı variantı seçmək daha doğru
olar?
- Fəaliyyətimizi təkcə
aksiyalarla məhdudlaşdırmaq fikrində deyilik. Saleh Qarabağlının “Dünyanın taleyi”
kitabını rus və ingilis dilinə çevirib Rusiyada
yaymaq fikrindəyik. Yəni biz bacardığımız
təbliğat vasitəsindən istifadə edib haqlı
olduğumuzu sübut etməliyik.
- Bəs erməni oğurluğuna
qarşı hansı tədbirləri görürsünüz?
- Bu, bizim yaralı yerimizdir.
Moskvanın istənilən
metrostansiyasından çıxırsan, Eldar Mənsurovun,
Əliağa Səmədovun əsərləri erməni
musiqiçilərin ifasında səslənir. Azərbaycan
bəstəkarlarının bütün instrumental
kompozisiyaları erməni musiqisi kimi disklərdə
satılır. Civan Qasparyan Moskva
səhnəsini Azərbaycan musiqisi ilə zəbt edib. Bu
adam Azərbaycan mahnıları ilə
özünə dünya şöhrəti qazanıb. Bir
dəfə onun keçirdiyi mətbuat konfransında durub dedim
ki, siz plagiatsınız və oğurladığınız
musiqi Azərbaycanındır. Amma bunu rəsmi ş?kildə bildirmək, etiraz etmək
lazımdır, sübut etmək lazımdır ki, bu bizim milli
sərvətimizdir.
Yeni Azərbaycan.-2007.-16 avqust.-S.8.