Məhəbbət Kazımovun Can Azərbaycanadlı albomu işıq üzü görüb
Məhəbbət
Kazımovun "Can Azərbaycan" adlı yeni albomu bu
yaxınlarda işıq üzü görüb. Müğənninin sözlərinə
görə, yeni alboma daxil olan
12 mahnının hamısının
musiqisi özünə,
sözləri isə müxtəlif şairlərə
aiddir. Məhəbbət
Kazımov alboma daxil olan mahnılardan
ikisinə klip çəkdirməyi düşünür.
Bunlardan biri "Can Azərbaycan", digəri isə "O gözlərdə gözüm
qalıb" adlanır.
Qeyd edək ki, "Can Azərbaycan"
mahnısının sözləri
Zahir Abbasa, aranjimanı isə Mahir Tahiroğluna, "O gözlərdə gözüm
qalıb" mahnısının
sözləri Zemfira Əlişqızına aiddir.
Klip çəkilişlərinə
sentyabr ayında başlanılacaq.
Bundan başqa
payız mövsümündə
hər kəsin ciddi iş rejiminə
başlayacağını deyən
Məhəbbət Kazımov
özünü də
o insanların sırasında görür.
Müğənni planlarından söhbət
açaraq bildirdi ki, o, daha
bir albom buraxmağı və tamaşaçıları qarşısında
konsert verməyi düşünür. İkinci
albomun Yeni il öncəsi işıq üzü görəcəyini dilə
gətirən Məhəbbət
Kazımov ilin sonunda ərsəyə gətirəcəyi albomun
bir qədər fərqli olacağını
söylədi. O, qeyd etdi ki, bu
dəfə Səid Rüstəmov, Ramiz Mirişli, Cahangir Cahangirov kimi böyük sənətkarların
yaradıcılığına və xalq mahnılarına
müraciət edəcək.
Bir sözlə, unudulmuş və keçmiş mahnıları
yeni aranjimanda ifa edərək yeni alboma daxil
edəcək.
Müğənninin konserti isə yaz aylarında, daha dəqiq desək Novruz bayramında baş tutacaq. Məhəbbət Kazımov bu layihələrin həyata
keçirilməsi işlərinə
artıq indidən başlayıb.
Üç nöqtə.-2007.-22 avqust.-S13.