Qapını bərkdən vurmaq
istəmirəm
Müslüm Maqomayev, Xalq artisti: "O
vaxtlar ən yaxşı dövr idi, amma keçdi"
İndiki ulduzların heç
yuxusuna girməyən uğur onu daim izləyib.
Pərəstişkarları onun maşınını
əlləri üstə gəzdirirdi. Ona Şalyapinin,
Sinatranın şöhrəti qismət olmuşdu.
Məşhur Azərbaycan bəstəkarının
nəvəsi və ötən əsrin 2-ci yarısında rus
estradasının ən parlaq ulduzu Müslüm Maqomayevə
Parisin "Olimpiya"sında konsert vermək nəsib
olmuşdu. Müğənni heç vaxt kütlə
dalınca qaçmamış, gündə bir stilə
düşməmişdir. İstedadı və
özünəməxsusluğu kütlələri onun
ardınca gətirmiş və milyonların qəlbini fəth
etmişdi. Pərəstişkarlarla dolu zal, mühafizədə
duran polis dəstələri, gül-çiçək
yağışı, əfsanə və şayiələr -
bütün bunlar onun həyatında olub.
- Siz nə
üçün ekranlardan yoxa çıxmısınız?
- Məgər bilmirsiniz?
- Bu barədə çoxlu versiyalar
var.
- Mənim televiziyada reklam
olunmağım üçün sponsor pul ödəməli
idi. Amma mən sponsor axtarmıram və
çıxışıma görə pul
ödəməyə adət eləməmişəm. Həmişə bizə pul ödəyiblər.
- Bizim şou-biznesdə nə baş
verib? İngiltərə və Fransada ulduzlara
pul ödəyirlər, bizdə isə ulduzlar ödəyir,
biabırçılıq deyilmi?
- Əgər klipi
fırladırlarsa, pul verirlər. Ona görə də
dəlilər kimi işləyirlər. Şounun
quruluşuna görə də pul ödəməlidirlər.
Yeşiyə salınmaqdan ötrü də pul
ödənilir. Ona görə də özünə
çox az pul qalır.
- Belə çıxır ki,
mənim səsim, talantım yoxdur, ancaq qalın pulqabım
varsa, ekranı zəbt edə bilərəm?
- Əlbəttə. Bir
dəfə Volodya Atlantov mənə plastinka gətirdi. Üz
qabığında donuq gözləri olan qadın
şəkli vardı. O, məşhur bir ariyanı
oxuyurdu. Bu, dəhşət idi. Mən şaqqanaq çəkib güldüm. Fikirləşdim ki, bu, parodiyadır. Mətni üzündən oxumaq ciddi olmazdı.
Sadəcə, varlı qadın publika
üçün oxumağı arzulayırdı. "Karneçi Holl"u icarəyə
götürmüşdü. O, yarıdolu zal
üçün oxumuş və disk
buraxdırmışdı. "Karneçi-Holl"
dünyanın ən nüfuzlu klassik musiqi meydanıdır.
İlk cazmen Benni Qudmen orda çıxış
edib. İndi isə bütün
səhnələri satırlar. İstəyirsən,
sən çıx orda dostların üçün oxu, amma pul
ödəməlisən.
- Sizi vaxtilə gözəl opera
müğənnisi karyerası gözləyirdi. Lakin bundan imtina etdiniz. Peşman
deyilsiniz ki?
- Əgər ikinci
dəfə dünyaya gəlsəm, dəyişəcəyim
yeganə şey siqaret çəkməməyim olardı. Son vaxtlar
xəstələnmişəm və həkimlər bunu qadağan
edib.
- Siz elə birbaşa Bakı
Dənizçilər Klubundan Helsinkidə keçirilən
Gənclik festivalına düşmüşdünüz. Burda sizi böyük uğur gözləyirdi.
- Xırda uğurlarım artıq
Bakıda olmuşdu. Mən artıq
dövlətin təşkil etdiyi konsertlərdə oxuyurdum.
Fortepiano sinfində oxuyurdum və 14
yaşında olarkən mənim səsimdə bas-bariton
aşkar olundu və bütün planlarımı alt-üst
etdi.
- Bəs pianoçu kimi necə?
- Burda da yaxşı istedadım var
idi. Yaxşı improvizə edirdim.
- Kreml sarayındakı "Fiqaronun
ariyası"ndan sonra demək olar ki, siz yuxudan məşhur
oynadınız. Amma operada qalmadınız.
- Hə, operadan 2 dəfə
getmişəm. Birinci dəfə gedəndə
dedilər ki, onunçün çətindir, operada oxuya
bilmədi. Acığa düşdüm
və 10 illik fasilədən sonra oxudum. Özümə
belə sübut etdim ki, bacarıram və həmişəlik
getdim.
- Heç bir
təəssüfsüz?
- Klassik musiqi böyük
zəhmət, nizam-intizam, gündəlik
məşğələlər tələb edir. Mənsə bunu xoşlamıram. Mən sərbəstliyi sevirəm.
- Ona görə də Böyük
Teatrdan imtina etdiniz?
- Mən növbə
gözləmək istəmirdim. Həm də
orda sovet repertuarından da oxumaq lazım idi. Mənimsə bundan xoşum gəlmirdi. Mən
Puççinini, Rossinini, Verdini eşidib sevmişdim və
Prokofyevi və yaxud Şedrini oxumaq istəmirdim. Heç bilmirəm Tamara bütün bunları
necə sevib?
- Axı siz "
- Nə qədər çox
qaçdım, bir o qədər də çox başa
düşdüm: bu, mənimçün deyil. Nə
etmək olar? Allah mənə səbr,
dözüm, bir işin üstündə oturmaq qabiliyyəti
verməyib. Uşaqlıqda şəkil
çəkməyi xoşlayırdım, sonra atdım. İndi yenə çəkmək qərarına
gəlmişəm. Nə olsun ki? Bir neçə portreti çəkdim - atdım.
İstəmirəm, vəssalam. Tamaranın portretini başlamışam
çəkməyə. Elə bir az
çəkmişdim ki, kənara atdım. Heç
əlimə fırçanı almaq belə istəmədim.
Operada isə hər şey başqa
cürdür. Tamaşaya bir gün
qalmış demək olmaz ki, istəmirəm.
- Bəs estradada
axtardığınız o azadlığı,
sərbəstliyi tapa bildinizmi?
- Hə... Bu gün
oxuyursan və çalışırsan ki, dünən
oxuduğuna oxşamasın. Bu, adama
ləzzət verir. Demirəm ki, fonoqram
pisdir. Mən başa düşürəm, yeni
tələblər, səs, səhnədə fəvvarə
vuranda, fillər gələndə mənimçün
artıq fərqi yoxdur: orda oxuyan fonoqram oxuyur, yoxsa canlı.
- Amma siz fillərsiz də
həmişə zalı doldurmusunuz.
- Hə, o başqa. Royal
qarşısında da, orkestr qarşısında da və iki
saat dalbadal, gəl indi elə oxu ki, nə səsin tutulsun,
nə itsin, nə də tamaşaçı zalı tərk
etsin.
- Necə bilirsiniz, bəs fillər
bizim estradamızı dəyişməyib ki? Sizin
uğurunuzun təbiəti Kirkorovun, yaxud Leontyevin
qala-şoularından fərqlənir.
- Elə gənclik də
dəyişib, fərqlidir. Onlar artıq
səhnədə tək durub oxuyan adamı istəmirlər.
Nəsə bir tamaşa,
atlanıb-tullananları, balet qızlarını və hər
şeyin rəngarəng olmasını istəyirlər. Mən də Kirkorovun, yaxud Leontyevin
şoularını xoşlayıram. Başqa
şoularda da olmuşam. Lakin onlar
barədə danışmaq istəmirəm. Onlar mənim zövqümcə deyil. Az hallarda gedirəm. Kirkorov 3
dəfə dəvət edib, mən isə hər
dəfəsində iti bəhanə gətirdim ki, yanında
qoymağa adamım yoxdur. Getmək
istəmirdim. Çünki getsəm,
gərək axıra qədər oturum, sonunda da fikrimi bildirim.
Mənsə yalan danışmağı
xoşlamıram. 3-cü dəfə
getməyə məcbur oldum, amma xoşuma da gəldi.
Filippə düzünü də dedim.
- "Nizami" filmində
çəkilmisiniz. Siz bunu aktyor işi hesab edirsiniz?
- Yox, bu aktyor işi deyil. Çünki mən orda özümü
oynamışam.
- Amma siz Mario Lansın
karyerasını təkrar edə bilərdiniz. Yəni
kinoda müğənninin taleyini canlandıra bilərdiniz.
- Ssenarilər təklif olunub. Amma xoşum gəlməyib.
- Heç Lansa təklif
olunan ssenariləri də o qədər uğurlu saymaq olmaz. Amma maraqlı
alınıb.
- "Dahi Korruzo" əsl
musiqili kinodur.
Bizdə isə hamı axmaq bir komediya
istəyir. Ona görə də mən
"Nizami"dən başqa yalnız 2 filmə
çəkilmişəm. İkisi də
mənim haqqımdadır - "Oxuyur Müslüm
Maqomayev" və "Yeni görüşlərədək,
Müslüm".
- Siz o artistlərin sırasına
daxil idiniz ki, həmişə saraylarda oxuyur, rəsmi
gecələri bəzəyir, repertuarınızı yalnız
xoşbəxt ölkə haqqında mahnılar təşkil
edirdi.
- Nəyi nəzərdə tutursunuz? Hansı xoşbəxt ölkə?
- "Mənim ünvanım
Sovet İttifaqıdır".
- Mən bunu konsertlərdə
oxumamışam. Yalnız film üçün
yazdırmışam. Bir dənə də
mahnı var idi. Birinci telekanalın
başlığında səslənirdi. Bir dəfə
mən Roydestvenskiyə dedim: "Bəsdir, yorulmuşam
ağlamalı mahnılar oxumaqdan, şən, xoşbəxt
məhəbbətdən bəhs edən mahnılar ver". O
da cavab verdi: olar, amma bu, Vətənə
məhəbbətdən olmalıdır! Orda
partiyadan bircə kəlmə də
danışılmırdı. Ancaq
Vətən haqqında idi.
- Bu sizi məyus edir?
- Mən demirəm ki, bu mahnılar
mənim xoşuma gəlməyib. Yubileyim
üçün diskimi hazırlayanda bu mahnıları ora
daxil etmişdim.
- Bu diskiniz tam külliyyatdır?
- Demək olar: burda opera ariyaları,
romanslar, neopolitan mahnıları, Vətənə aid
mahnılar var...
- Həmin musiqi aləmi sanki Atlantida
kimi batıb qeybə çəkilib. Heyifslənmirsiniz
ki?
- Əlbəttə,
heyifslənirəm. Nə qədər gözəl mahnılar
unudulub. Ən çox da "Mənim
geniş vətənim" mahnısına heyifslənirəm.
Nə üçünsə bu mahnını
totalitar reyimlə əlaqələndirirlər. Bu, sadəcə, bizim yaşadığımız
Vətən haqında gözəl bir mahnıdır.
- Sizcə musiqi siyasi konyekturaya cavab
verə bilərmi?
- Yox, bu dəqiqdir. Musiqi
ilə bəzən ölkədə elə şeylər
baş verir ki, təəccübündən gözlərin
böyüyür. Bir neçə il
bundan qabaq biz Tamara ilə yeni il axşamı İsa
Peyğəmbərin mövludu haqqında beynəlmiləl bir
mahnı oxumaq istədik. Bizi qoymadılar. Dedilər bu, katolik mahnısıdır.
- Bəlkə Baxdan, Haydendən da
imtina edək?
- Ola bilər... Mən
indi Qafqaz milliyyətinin nümayəndəsiyəm,
Babacanın xatirəsinə həsr olunmuş konsertdə oxuya
bilmərəm. İştirak
edərəm, amma xalq məni başa düşməz. İsraildə Vaqneri dinləmək qadağan olunub.
Çünki onu Hitler sevirmiş. Nə olsun? Cili Mussolini
üçün oxuyub. Şalyapin
çarın qarşısında baş əyib. Məgər bu onları qiymətdən
salırmı? Musiqidə qadağa ola
bilməz. Xoşun gəlmir, istəmirsən,
qulaq asma. Lap Sorokinin romanı kimi. O qədər
səs-küy yaranıb ki: istəmirsən oxuma.
- Sizin şəxsi
həyatınız və bütün
yaradıcılığınız indiyə qədər
diqqət mərkəzindədir. İndi də
ətrafınızda məşhurluğunuzdan irəli
gələn şayiələr dolaşır.
- Şayiələrə
əhəmiyyət verməməyə
çalışıram. Mən sevimli həyat
yoldaşım Tamara Sinyavskaya ilə sakitcə ömür
sürürəm. Yaradıcılığımla
bərabər şəxsi həyatıma diqqətlə
yanaşmağa vaxt tapmışam. Hərçənd
ilk evliliklər uzunömürlü olmadı. Amma sonunda istədiyim qadını tapa bildim. Tamara Sinyavskaya mənim üçüncü və
sonuncu - əsas və əbədi həyat
yoldaşımdır.
- Publika sizinçün
darıxıb...
- Mən başa
düşürəm ki, vaxt gedir. Ancaq "30 il
bundan əvvəlki kimi oxuyursan" deyənlərə
inanmıram. Mən
özüm-özümü eşidirəm. Həm də indi daha çox səhhətim
haqqında düşünürəm.
- Siz nə üçün belə
tez nöqtə qoydunuz? İnanılmaz
uğurunuz var idi - birdən-birə kölgəyə
çəkildiniz?
- Hesab edirəm ki, nöqtəni
özüm qoymuşam. Amma qapını
bərkdən vurmaq istəmirəm. Ona
görə solo-konsertləri yavaş-yavaş azaldıram.
Bax, indi Tamara ilə Kiyevdə, Piterdə -
məni hamıdan yaxşı qarşıladıqları
şəhərlərdə oxuyuruq. Hər
yerdə də anşlaq olur. Doğrudur,
qiymətləri də artırmadım ki, pərəstişkarlarım
gəlsinlər.
- Ancaq bu konsertlərə
təkcə sizin nəslin nümayəndələri
gəlmir.
-
Gənclər ata-anaları ilə gəlirlər və
ləzzətlə dinləyirlər. Özbaşına isə
gəlmirlər. Onlar Vitas və Şuranı
dinləməyə gedirlər. Nə vaxtsa Utesov demişdi:
"Müslüm, mən səni sevirəm, ancaq
razılaş ki, şən mahnının ürəyi
sakitləşdirməsindən yaxşı heç nə
yoxdur". Mən başa düşdüm ki, o, belə hesab
edir: "Müslüm Maqomayev uğur qazanıb,
pərəstişkarları onun maşınını
əlləri üstündə aparırlar və onsuz da
heç kəs ondan yaxşı oxumur". Haqlı idi -
öz zamanım üçün. Mənim üçün o
vaxtlar ən yaxşı dövr idi, amma keçdi. İndi
mənim pərəstiş etdiyim Vitasın zamanıdır.
Hətta Alla Borisovnanın konsertlərindən
yeniyetmələr sakitcə çıxıb gedirlər.
Baxmayaraq ki, Alla Borisovna bizim üçün əbədidir.
-
Doğrudanmı sizin maşınınızı əlləri
üstündə aparırdılar?
- Hər
şey olub. Onda kumirlər kütləvi halda gəlir,
qızlar heç olmasa barmaqları ilə toxunmaq
istəyirdilər. Maşını düz İdman sarayına
qədər aparırdılar. Mən rulda otururdum və biz
"uçurduq".
- 17 avqustda
doğum gününüzdür. Qeyd edəcəksiniz?
- Ad
günümü öz həyat yoldaşımla keçiririk.
- Kütlənin sizi salamlaması
artıq keçib?
- Ən əsası odur ki,
mən Putinin dediklərini eşitdim. O, Bakıya rəsmi gəlişi
zamanı çıxışında dedi ki, bilmirəm Maqomayev
kimə yaxındır - Azərbaycana, yoxsa Rusiyaya.
Kaspi.-2007.-17 aqust.-S.16.