Müslüm Maqomayev doğum gününü qeyd etdi
Müslüm Maqomayev -
65
Dünən
Azərbaycanın görkəmli musiqiçisi, SSRİ xaiq
artisti, uzun illərdir Moskvada yaşayan həmyerlimiz
Müslüm Maqomayevin 65 yaşı tamam oldu. Sovet estradasının
ulduzu doğuın gününü Moskvada qeyd etdi.
M.Maqomayev 1942-ci il
avqustun 17-də anadan olub. Ona
Azərbaycan musiqisinin yaradıcılarından olan babası Müslüm MAqomayevin adı qoyulub. M.Maqomayevin
atası, teatr rəssamı
Məhəmməd Maqomayev II dünya
müharibəsində qələbəyə iki gün qalmış
həlak olub. Anası Ayşət Maqomayeva isə
aktrisadır. M.Maqomayev əvvəlcə Bakı Konservatoriyasının
nəzdindəki musiqi məktəbində təhsil alıb. Daha
sonra Bakı Konservatoriyasının solo oxuma
fakültəsinə daxil olub. O, 1962-ci ildə Kreml Sarayında
verdiyi konsertdən sonra bütün Sovet ittifaqında
tanınıb. M.Maqomayev ilk solo-konsertini 1963-cü ilin
noyabrında Çaykovski adına Konsert Zalında verib. 1963-cü
ildə Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının solisti olan M.Maqomayev 1964-65-ci illərdə
Milanın La Skala Teatrında təcrübə keçib. Təcrübəsini
bitirdikdən sonra Moskvanın Böyük Teatrına
dəvət olunan Maqomayev təklifdən imtina edib. 1966-69-cu
illərdə Parisin tanınmış "Olimpiya"
teatrında onun qastrolları keçirilib. Həmin teatrın
direktoru Bruno Kokatris M.Maqomayevə onu beynəlxalq miqyasda
tanıtmaq üçün müqavilə bağlamağı
təklif edib. Ancaq SSRİ-nin mədəniyyət naziri bu
müqaviləyə qadağa qoyub. M.Maqomayev 1969-cu ildə
Sopotda keçirilən festivalda I yeri qazanıb və Kannda
"Qızıl val" alıb. 1973-cü ildə SSRİ
xalq artisti adına layiq görülən sənətkar
həmin il Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii
rəhbəri olub. M.Maqomayev "Nizami", "Oxuyur
Müslüm Maqomayev", "Moskva notalarda" filmlərində
çəkilib, 20-dən artıq filmə musiqi yazıb. 1997-ci ildə Günəş sisteminin balaca planetlərindən birinə
onun adı verilib.
Ad gününü
keçirmək istəmədiyini
deyən yubilyar bildirib ki, insanların
yaddaşında hər
zaman xoş görkəm və yüksək sənəti
ilə qalmaq istəyir.
Azərbaycanla əlaqələrinə gəlincə,
müğənni keçmiş
mədəniyyət naziri
Polad Bülbüloğlu
ilə münasibətlərinin
pozulması səbəbindən
son illər vətənə
gəlməyib. 2005-ci ilin
sonunda isə Azərbaycan vətəndaşlığından
imtina etdiyini bildirib, qeyd edib ki, mədəniyyət
naziri dəyişməyincə,
Bakıya gəlməyəcək.
Bu arada İnquşetiya Respublikasının
prezidenti Murad Zyazikovun fərmanı ilə Müslüm Maqomayev bu respublikanın
xalq artisti adına layiq
görülüb.
Ekspress.- 2007.- 18-20 avqust.- S. 20.