Nəsibə Abdullayeva yenidən Azərbaycan mahnısı oxuyub
Tacik, özbək,
fars, türkmən və Azərbaycan mahnıları ilə özünə geniş repertuar quran Nəsibə Abdullayevanın
ulduzu 80-ci illərdən
parlamağa başlayıb.
Həmin illərdə
məşhur olan
"Qaragöz" mahnısı
böyükdən-kiçiyə
hamının sümüyünü
oynadırdı. Lakin əslən azərbaycanlı
olan Nəsibə xanımın burada bəxti gətirmədi. O
dövrün mətbuatı
onun inciyərək əslən azərbaycanlı
olan və müğənninin ansamblında
çalışan həyat
yoldaşı ilə ölkəni tərk edib Özbəkistana getdiyini yazıb. Onun kimlər tərəfindən incidildiyini
deyə bilmirik. Amma həmin illərdə müğənninin plastinkaları
"çörək kimi
satılırdı" desək,
yanılmarıq.
Çox keçməmiş
Özbəkistanın Xalq
artisti fəxri adını alan müğənninin yenidən
Azərbaycan mahnıları
ilə repertuarını
zənginləşdirdiyi xəbərini
aldıq. Əməkdar
incəsənət xadimi,
şair Baba Vəziroğlunun məlumatına
görə, müğənni
bəstəkar Kamalın
məşhur olan
"Səndən nigaranam"
mahnısını lentə
yazdırıb və ona klip çəkdirir.
Xatırladaq ki, bəstəkarın
müxtəlif illərdə
Baba Vəziroğlu ilə birgə müəllifi olduğu
"Xalq Heydər söyləyir", "Elegiya",
"İnan mənə",
"Ayrılığa dözərəm","Gecdi daha", "Gözlər yalan deməz" və "Səndən nigaranam" adında musiqi topluları işıq üzü görüb. Mahnıları
ölkə hüdudlarından
kənarda dinlənilən
Kamal müəllimin sözügedən mahnısını
Nəsibə xanım
əldə edərək
onu özünəməxsus
və yeni aranjimanda lentə yazdırıb. Bundan öncə isə həmin mahnı Əməkdar artist Aygün Kazımovanın
(aranjiman Vüqar Camalzadənindir) ifasında
səsləndirilib.
B.Vəziroğlunun əlavəsinə görə,
Kamal müəllimə
təqdim edilən lent yazısının tezliklə efir versiyası həllini tapacaq. "İkinci versiyada da mahnı
ürəyəyatımlıdır və Şərq üslubunda səsləndirilib.
Mahnı
müəlliflərinin razılığından
sonra hazırda Daşkəndin məşhur
klipmeykerlərindən biri
tərəfindən mahnı
ekranlaşdırılır" - deyən Əməkdar incəsənət xadiminin
sözlərinə görə,
maraqlı ekran görüntüsünün sentyabr
ayında təqdimatı
nəzərdə tutulub.
B.Vəziroğlu "Səndən
nigaranam"ın yayımının Azərbaycan,
Özbəkistan, Türkiyə
və Orta Asiyanın teleməkanında
nəzərdə tutulduğunu
qeyd etdi. Qeyd edək ki, sözügedən
müəlliflərlə Nəsibə
Abdullayevanın əməkdaşlığı
davam edəcək. Öyrəndik ki, tezliklə Kamal müəllimin musiqisi və Baba Vəziroğlunun
sözlərinə Azərbaycan-Özbəkistan xalqlarının
dostluğunu tərənnüm
edən yeni bəstə ərsəyə
gətiriləcək
və Nəsibə xanımın ifasında səsləndiriləcək. Onu
da qeyd edək
ki, ilin sonunadək Bakının ən möhtəşəm
konsert salonlarından birində N.Abdullayevanın
konsert proqramının
təşkili planlaşdırılıb.
Mövqe.-2007.- 9-10 avqust.-S.13.