Pənahlı N.

 

        XİN Qara Qarayevlə bağlı məsələni gündəmdə saxlayır

“ABŞ-da çap olunan “Britanika” ensiklopediyası ilə bağlı məlumatlıyıq”.

Bu kitabda həm Azərbaycan, həm region ilə bağlı çoxlu səhv qərəzli məlumatlara yer verilib. Belə ki, yazıların birində Qara Qarayev erməni bəstəkarı kimi göstərilib. Halbuki məqalənin məzmununda onun tam olaraq azərbaycanlı olduğu göstərilib”. Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bugün keçirdiyi mətbuat konfransında söylədi. Onun sözlərinə görə, hazırda Kanada səfirliyi bu işin araşdırılması ilə məşğuldur: “Hazırda Qara Qarayevlə digər məsələlərlə bağlı ensiklopediyada yer verilən səhvlərlə bağlı fəal aparılır. Artıq kitabı nəşr edən şirkətə müraciət olunub. Məsələ bu yolla həll olunmasa, Xarici İşlər nazirliyi rəsmi nöqteyi-nəzərdən müvafiq addımlar atacaq”.
X. İbrahim jurnalistlərin digər məsələlərlə bağlı suallarını da cavablandırıb. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) NATO ilə bağlı məsələyə aydınlıq gətirən XİN sözçüsü Azərbaycanın xarici siyasətinin hansısa ayrıca xətlərin yaradılmasına qarşı olduğunu söyləyib: “Azərbaycan siyasəti ona yönəlib ki, hansısa təşkilatlar qarşı-qarşıya durmasınlar. Ölkəmiz beynəlxalq sülhün qorunması üçün əməkdaşlığın tərəfdarıdır. Ona görə biz düşünmürük ki, ŞƏT NATO bir-birinə qarşı durmalıdır yaxud da dururlar”. Azərbaycanın hər iki regionla çox sıx əməkdaşlıq etdiyini xatırladan X. İbrahim: “Azərbaycanın əsas xarici siyasət istiqamətlərindən birini Avropa Avroatlantika təşkilatları ilə inteqrasiya təşkil edir bu nöqteyi-nəzərdən NATO ilə əməkdaşlıq çox böyük önəm kəsb edir. Hazırda fərdi Tərəfdaşlıq Planı çərçivəsində Azərbaycan NATO-ya sıx inteqrasiya edir. Azərbaycanın Şanxay Əməkdalıq Təşkilatına üzvlük ya inteqrasiya ilə bağlı heç bir planı yoxdur”, - deyib.
X. İbrahim Qəbələ RLS ilə bağlı məsələyə toxunub: “Qəbələ RLS ilə bağlı danışıqlar artıq son mərhələyə qədəm qoyub. Ancaq bu müzakirələrin üçlü formatda aparılması üçün yer zaman barədə konkret razılaşma yoxdur”.

Zaman.-2007.-28-29 avqust.-S.3.