Rusiyalı tarixci səhvini
etiraf edib
Kiril Tomov: "Kitabın ikinci nəşrində həmin
səhvi düzəltməyə
cəhd edəcəyəm"
Qara Qarayevi erməni
bəstəkarı kimi təqdim edən rusiyalı
tarixçi Kiril Tomov səhvini etiraf edib.
APA-nın Şərqi
Avropa bürosunun verdiyi məlumata görə, OXFAM
təşkilatında çalışan həmyerlimiz
Şəhla Əliquliyevanın Azərbaycan
bəstəkarının milli mənsubiyyətinin
düzgün göstərilməməsinə dair etiraz
məktubuna cavab yazan Kaliforniya Universitetinin müəllimi,
tarixçi K.Tomov səhvə yol verdiyini etiraf edib:
"Mənim kitabım haqqında fikirlərinizə və
aşkar etdiyiniz səhvi göstərdiyinizə görə
sizə təşəkkür edirəm. Bəli,
bu səhvdir. Qara Qarayev əlbəttə
ki, erməni deyil, Azərbaycan bəstəkarıdır. Mən
bu kitabın ikinci nəşrində həmin səhvi düzəltməyə cəhd
edəcəyəm". Qeyd
edək ki, K.Tomovun müəllifliyi ilə çap olunan Sovet İttifaqı
dövrünün bəstəkarları
haqqında elmi araşdırmada və məşhur Britanika Ensiklopediyasında Q. Qarayev
erməni bəstəkarı
kimi təqdim edilib.
Şərq.- 2007.- 28 avqust.- S. 14.