Samirə

 

Musiqi beşiyində Azərbaycan musiqisinin qələbəsi

 

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri İtaliyada keçirilən 2 böyük festivalda iştirak edib. Orkestrin "Vella Festival" "Classik Ariano" festivallarında çıxışı avqustun 3-4 tarixlərində baş tutub. Nəinki baş tutub, hətta böyük əks-səda doğurub - konsertdən sonra orkestrimizin şərəfinə atəşfəşanlıq keçirilib.
   M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə "www.day.az" saytına telefonla orkestrin çıxışları barədə ətraflı məlumat verib. Rauf Abdullayevin rəhbərlik etdiyi orkestrin birinci çıxışı İtaliyanın Ariano İrpino şəhərində olub. Konsert "Basilica Cattedrale" konsert zalında keçirilib. Musiqi axşamı unudulmaz maestro M.Rostropoviçin xatirəsinə həsr edilib. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Rostropoviç haqqında giriş sözü ilə Ariano İrpino şəhərinin meri çıxış edib. Simfonik orkestrimiz Motsart ("Don Covanni" uvertürası), Şuman ("Fortepiano ilə orkestr üçün konsert") Bethovenin ("Skripka, violonçel fortepiano üçün konsert") əsərlərini ifa edib. Konsertin solistləri Murad Adıgözəlzadə İtaliyanın tanınmış musiqiçiləri olublar.
   İtaliyalı musiqisevərlər ifaçılarımızın çıxışını ayaq üstə alqışlayıblar. Tamaşaçılar arasında orkestrin İtaliyaya qastrolunun təşəbbüskarlarından biri olan İtaliyanın Azərbaycandakı səfiri Gian Luici Mascia xanımı da olub.
   Avqustun 4-də keçirilən konsert isə "Casal Velino Marino, Teatrodel Porto" adlanan dənizkənarı açıq ərazidə baş tutub. Bu ərazi Marina di Ascea şəhərində yerləşir. Zəif küləyin olmasına baxmayaraq, bu konsert böyük uğurla keçib. Konsertdə Motsart, Fikrət Əmirov, Çaykovski, Qara Qarayev, Bethoven, Aqşin Əlizadənin əsərləri ifa olunub. Konsert başlamazdan öncə şəhərin vitse-meri İtaliyanın Azərbaycandakı səfiri çıxış ediblər.
   Orkestrin İtaliyada keçirilən 2 böyük festivalda iştirakının baş tutmasında Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs Qarayevin rolu böyük olub.


Həftə içi.-2007.-7 avqust.-S.8.