Cabbar
Musayev Türkiyəyə
gedəcək
Bəstəkar-müğənni Cabbar Musayevlə Könül Kərimovanın yeni mahnılardan ibarət kaseti işıq üzü görüb. Həmin kasetə duet ortaqlarının ifaları ilə yanaşı, Kamran Həsənlinin, "Azəristar"ın yetirməsi Cavidin və Rəvan Qarayevin Könül Kərimova və Cabbar Musayevlə birgə trio şəklində ifaları daxil edilib. "Sevək dünyanı" adlanan bu kasetdə müxtəlif səpkili mahnılar yer alıb.
Cabbar Musayev
onu da vurğuladı
ki, Könül Kərimova ilə daha bir mahnı
ərsəyə gətiriblər.
"Yardımlı" adlanan
bu mahnı Azərbaycanın gözəl
guşələrindən biri
olan Yardımlı rayonuna həsr olunub. Cabbar Musayevin sözlərinə
görə, sözügedən
mahnıya klip də çəkilib. Artıq kliplə bağlı işlərin
yekunlaşdığını deyən bəstəkar bu yaxınlarda onun televiziya ekranlarında və radio dalğalarında səslənəcəyini bildirdi.
Daha bir məlumatı da nəzərinizə çatdıraq
ki, payız aylarında bəstəkarın
Türkiyəyə səfəri
gözlənilir. Onun qonşu ölkəyə səfərinin səbəbi
mahnılarını ifa
etmək üçün
ona müraciət edən türk müğənniləri ilə
müqavilə bağlamasıdır.
Bəstəkar bu məsələni indəyə
qədər gecikdirməsinin
səbəbini işlərinin
çoxluğu ilə
əlaqələndirdi. Hansı
müğənnilərlə işbirliyi qurub müqavilə bağlamasına
gəlincə isə,
o, nəzərində
bir neçə tanınmış türk
müğənnilərini tutduğunu
söyləsə də,
hələ ki, bunun dəqiq məlum olmadığını
bildirdi: "Hər şey müqavilə bağlanan zaman məlum olacaq. Eyni zamanda mənim
türk müğənniləri
ilə işbirliyimin qurulması üçün
həmin müğənnilər
vəkil tutublar. Hansı mahnının hansı müğənni
tərəfindən oxunacağını
isə vəkillər
müəyyən edəcək"
deyə bəstəkar
məsələyə aydınlıq
gətirdi. Lakin qeyd edək ki, türk müğənniləri
arasında bəstəkarın
mahnısını ifa
etmək üçün
ona ilk müraciət
edən Gülbən Ərgən olub. Məsələnin vəkillər
tərəfindən müəyyən
olunacağını deyən
Cabbar Musayev "digər məsələlərin
- müəllif hüququ,
qonorar sistemi və s. müqavilənin
şərtlərindən asılı
olacağını önə
çəkdi.
Üç nöqtə.-2007.-29 avqust.-S.13.