SEVİL
Ermənilərin Qarayev qısqanclığı
Flora Kərimova Ona çirkab atanlar beynəlxalq məhkəməyə verilməlidir
Məlum olduğu kimi, 2008-ci il YUNESKO tərəfindən “Qara Qarayev ili” elan
olunub. Gələn il Azərbaycan bəstəkarlıq məktəbinin
korifeylərindən olan
dahi bəstəkarın
90 illik yubileyi qeyd olunacaq. Bu ərəfədə isə ermənilər və ermənipərəst
qüvvələr növbəti
təxribata əl atıblar. Böyük Britaniyanın ensiklopediyalarından
birində dünya şöhrətli musiqiçi
erməni bəstəkar
kimi təqdim edilib.
Bundan əlavə, K.Tomovun “Yaradıcı ittifaqlar: sovet bəstəkarlarının peşəkar
təşkilatları, 1939-1953-cü illər” kitabında yerləşdirilən məlumatda
da Qara Qarayev
erməni bəstəkarı
kimi göstərilib. Bir az öncə
isə Qara Qarayevin dünya şöhrətli “Yeddi gözəl” baletindən olan musiqi parçası
“Radio Rossii” kanalında Xaçaturyanın
bəstəsi kimi təqdim edilmişdi.
Onu da qeyd
edək ki, Britanika ensiklopediyasının
redaksiya heyətinin üzvlərindən biri erməniəsilli Ronald Qriqor Sunnidir. Xarici İşlər Nazirliyinin
mətbuat xidmətinə
istinadən www.day.az saytı
yazır ki, ensiklopediyanın Cenevrədə
fəaliyyət göstərən
əməkdaşları bu
ilin iyununda ABŞ-a səfər ediblər və Kanadadakı Azərbaycan səfirliyinə müraciət
edərək ensiklopediyanın
abonenti olmalarını
təklif ediblər.
Lakin Azərbaycan tərəfi bildirib ki, R.Q.Sunninin Azərbaycan haqqında təhrif olunmuş informasiyaları haqda rəsmi qaydada təkzib aldıqdan sonra ensiklopediyaya üzv olmaları mümkündür.
Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev mətbuata açıqlamasında bildirib
ki, Qara Qarayevin hələ sağlığında da
barəsində məntiqsiz
saxtakarlıqlara yol verilib və böhtan atan tərəf həmişə
tutarlı cavabını
alsa da, yenə də çirkin əməllərindən
geri çəkilmir.
Növbəti addımı
da təhrif kampaniyasının yeni mərhələsi adlandırmaq
olar. Odur ki, qurumun mətbuat
xidmətindən veilən
xəbərə görə,
nazirlik Böyük Britaniyanın və Rusiyanın müvafiq təşkilatlarına kəskin
etiraz məktubları
ünvanlayıb.
Məsələyə münasibət
bildirən müğənni
Flora Kərimova təxribatı Qara Qarayevin 90 illik yubileyi ərəfəsində
süni çaxnaşma
törətmək cəhdi
kimi qiymətləndirdi:
“Qara Qarayevin kim olduğunu, hansı xalqın yetirməsi olduğunu bütün dünya yaxşı bilir. Sovet ensiklopediyasında da bu barədə
təsdiq olunmuş məlumatlar var. Erməni tərəfi hər dəfə belə gülünc addımlar atdıqca özünü həm də ifşa edir. Qarayevi mənfur millətin nümayəndəsi kimi təqdim etmək ona çirkab atmaqdır. Bu məsələlərə laqeyd
yanaşmaq olmaz. Belə iftira ilə məşğul olanlar beynəlxalq səviyyədə məhkəməyə
cəlb olunmalıdır.
Bu problemi Azərbaycan arealından dünya miqyasına çıxarmaq lazımdır
və tələb etmək gərəkdir ki, belə növbəti
yanlışqlar edilməsin.
Əks təqdirdə
bu məsuliyyətsiz,
çirkab dolu hərəkətlər davam
edəcək”.
Qeyd edək ki, Q.Qarayevin dünya səviyyəsində
lazımi şəkildə
təbliğatının aparılmadığını
demək düzgün
olmazdı. Bəstəkarın
əsərləri vaxtaşırı
dünya şöhrətli
musiqiçlərin repertuarına
daxil olur. Azərbaycanlı ifaçılar
beynəlxalq səviyyədə
çıxışları zamanı onun musiqilərini ifa edirlər. Bundan başqa www.qara-qarayev.musigi-dunya.az saytında onun haqqında yetərincə
geniş məlumat var. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının
rektoru olan dahi bəstkarın yüzlərlə yetirməsi
var və onlar Qarayev irsini
dünyaya tanıtmaq yönündə işlər
görüblər. Lakin
görünür, bu işlər yetərincə
deyil ki, Azərbaycan xalqının
görkəmli oğluna
qarşı hələ
də qısqanc münasibətlər yaşanmaqdadır.
Yeni Musavat.-2007.-27 avqust.-S.13.