Ulu öndər
gurultulu alqışlarla
qarşılanmışdır
Kanadada Cövdət Hacıyevin təntənəli odasının
təqdimatı olmuşdur
Kanadada görkəmli Azərbaycan
bəstəkarı, xalq
artisti Cövdət Hacıyevin ümummilli liderimiz Heydər Əliyevə həsr edilmiş təntənəli
"Ulu öndər"
odasının təqdimatı
olmuşdur.
Bu monumental əsər bəstəkar
və dirijor İsmayıl Hacıyevin rəhbərliyi ilə Niaqara beynəlxalq musiqi festivalı çərçivəsində keçirilən qala-konsertdə səslənmişdir.
Solistlər, Azərbaycanın
əməkdar artistləri
- pianoçu Yeganə
Axundova və müğənni Vaqif Kərimov böyük məharət və ustalıq nümayiş etdirmişlər.
Müqəddəs Mark
kilsəsinin salonuna toplaşan kanadalı musiqisevərlər odanı
gurultulu alqışlarla
qarşılamışlar. Bəstəkarın oğulları İsmayıl
və Mikayıl Hacıyevlər bildirmişlər
ki, müəllif bu əsərində Azərbaycan dövlətçiliyinin,
milli müstəqilliyimizin
qorunub saxlanılması
kimi tarixi, taleyüklü vəzifəni
yerinə yetirmiş Heydər Əliyevin nadir xüsusiyyətlərini,
fenomenal qabiliyyətini
və istedadını
açmağa çalışmışdır.
Festivalın iştirakçısı
olan dünya şöhrətli pianoçu,
böyük skripkaçı
Leonid Koqanın qızı Nina Koqan demişdir: "Mən atamdan
çox eşitmişəm
və özüm də bilirəm ki, Heydər Əliyev simfonik musiqinin mahir bilicisi və pərəstişkarı, görkəmli
Azərbaycan bəstəkarları
Q.Qarayev, F.Əmirov, Niyazi, C.Hacıyev və başqalarının
böyük dostu və hamisi olmuşdur".
Niaqara festivalının
bədii rəhbəri,
müasir dövrün
görkəmli skripkaçısı
Atis Bankas isə demişdir: "Bizimlə bir konsertdə çıxış
etmiş Azərbaycan musiqiçiləri beynəlxalq
aləmdə tanınmağa
layiqdirlər. Onlar ən yüksək ifa tərzi, yaradıcı universallıq
və qüsursuz peşəkarlıq nümayiş
etdirdilər".
Azərbaycan.-2007.-29 avqust.-S.2.