Maestronun xatirə gecəsi

 

Niyazi xalq mahnılarını simfonik orkestr üçün işləyərək onlara yeni nəfəs verib

 

Hər il avqust ayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi görkəmli Azərbaycan dirijoru və bəstəkarı Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbirlər keçirir. Muzey bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, ötən gün sözügedən muzeydə dirijorun anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.

Qeyd edək ki, tədbirdə jurnalistlərlə yanaşı Mədəniyyət Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının nümayəndələri, Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti, musiqiçilər, müxtəlif muzeylərin əməkdaşları musiqi məktəblərinin şagirdləri iştirak edirdi. Tədbiri ilk daraq giriş sözü ilə muzeyin direktor müavini ranə Qurbanova açaraq Maestro Niyazinin ev muzeyinin açılması ilə bağlı vaxtilə ulu öndərimiz Heydər Əliyevin nitqini xatırlatdı: "Öncə onu demək istərdim ki, Niyazinin ev muzeyinin açılması Azərbaycan mədəniyyəti tarixində böyük bir hadisə kimi qiymətləndirilməlidir. Vaxtilə ümummilli liderimiz Heydər Əliyev bununla bağlı fikirlərini söyləyib. Bu muzey çox əhəmiyyətli işlər rməkdə davam edir. Mən xüsusilə bizə dəstək olan Mədəniyyət Turizm Nazirliyinə öz təşəkkürümüzü bildirinəm. Niyazinin fortepiano əsərlərindən ibarət kitabı da məhz bu qurumun dəstəyi ilə çap dunub. Bu muzey Niyazi irsini araşdırmaqda, onu yeni nəsillərə çatdırmaqda davam edir."

Qeyd edək ki, Niyazi 1930-cu illərin sonundan başlayaraq 40-50-ci ilrdə hətta 60- illərin birinci yasında - Azərbaycanda gənc dirijor nəsil yarananadək bəstəkarlamızın yaratdığı simfonik səhnə əsərlərinin baş təfsirçisi olub. Hətta bir sıra əsərlərə dönə-dönə qayıdaraq onla bir neçə təfsirdə lentə yazdıb. Arif Məlikovun inadcıllığı sayəsində "Məhəbbət əfsanəsi"nin ilk tamaşalanın apacısı kimi çıxışlana görə isə Niyazi SSRİ-nin 2-ci opera balet teatnın baş dirijorluğuna layiq görülüb. S.Prokofyevin səhnə əsərlərinə dirijorluq edib, hətta Leninqrad Kirov adına Akademik Opera Balet Teatnın xarici ölkələrdə qastrollana başçılıq edib. "Arşın mal alan" filminin 1945-ci ildə çəkilən ilk yariantında isə Maestro dahi Üzeyir Hacıbəyovun musiqisini orkestrşdirib. 1970-ci ilrin sonu 80-ci illərin əvvəlində isə Qarabağda - Şuşa, Ağdam, Bərdə Ağcabədidə, Yevlaxda keçirilən simfonik konsert silsilələrinin festivalların təşkilatçısı olub. Maestro Niyazi 1971-ci ildə hind motivləri əsasında bəstələdiyi "Çitra" baletinə görə bir il sonra beynəlxalq "Nehru" mükafatına layiq görülüb.

Bu haqda Niyazi mənzil muzeyinin müdiri Rza Bayramov danışdı. Onu da bildirək ki, Niyazi milli simfoniyamızın təşəkkülü inkişafında da əhəmiyyətli rol oynayıb. Onun "Rasf simfonik muğamı, Zaqatala süitası, "Ləzgihəngi" kimi sanballı əsərlərinin milli simfoniyanın təşəkkülündə rolu əvəzsizdir. O, bir çox xalq mahnıla simfonik orkestr üçün işləyərək onlara yenidən nəfəs verib. 1935-ci ildə isə "Rast "Şur" muğamla nota köçürüb. Milli kinomuzda teatr sənətində Niyazi nəfəsi duyulur. 15 film 14 dram əsəri üçün musiqi yazan Maestro xarici ölkələrdə də tanınıb. Vaxtilə o, Bolqarıstanın "Kiril və Melodi" ordeninə, Macanstanın "B.Bartok" və bir çox dəyərli mükafatlara layiq görülüb.

Tədbirdə iştirak edən qonaqlardan sənətşünaslıq doktoru, professor İlham Rəhimli, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili Rəfael Hüseynov, Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, əməkdar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlov, Bəstəkarlar İttifaqının katibi, xalq artisti Aqşin Əlizadə, Bakı Musiqi Akademiyasının dosenti, dirijor Fəxrəddin Kərimov Niyazi ilə bağlı xatirələrini danışdılar.

Tədbirin bədii hissəsində əməkdar artist Gülnaz İsmayılovanın ifasında Niyazinin "Arzu" romansı, Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyovanın ifasında Niyazinin əsərləri, əməkdar artist Həsən Enaminin ifasında Niyazinin “Vətən nəğməsi”, Üzeyir Hacıbəyovun "Sənsiz" romansı, "Arşın mal alan" musiqili komediyasından Əsgərin ariyası, Bakı Musiqi Akademiyasının magistraturasının I kurs tələbəsi, beynəlxalq və respublika müsabiqələri laureatı və diplomantı Ayan Salahovanın ifasında Fərhad Bədəlbəylinin Niyaziyə ithaf etdjyi "Prelüd", Fridrix Şopenin "Ekspromt fantaziya" əsəri, BMA-nın IV kurs tələbəsi Aynur Kərimovanın ifasında Ü.Hacıbəyovun "Cəngi" əsəri, Vaqif Babayevin (alt) ifasında Q.Qarayevin "Lay-lay" əsəri, A.Qlazunovun "'İspan rəqsi səsləndirildi.

 

Palitra.- 2007.- 21 avqust.- S. 11.