Dövlət informasiya resurslarının reyestri yaradılır

 

Rabitə İnformasiya Texnologiyaları Nazirliyi dövlət informasiya resurslarının reyestrinin yaradılması ilə bağlı təkliflərini ölkə hökumətinə təqdim edib. Nazirliyin şöbə müdiri Rüfət Gülməmmədov "APA-Economics"ə bildirib ki, hazırda təkliflər rəsmi razılaşdırma mərhələsindədir.

Nazirlər Kabineti dövlət reyestrinin yaradılması barədə qərar verdikdən sonra reyestrin yaradılmasına başlanacaq. Reyestrin yaradılmasında məqsəd Azərbaycanda mövcud olan informasiya resurslarına nəzarət-uçotu həyata keçirməkdir. Reyestrə düşmək üçün isə müəyyən tələblər qoyulacaq. Tələblərin biri informasiya resurslarının təcrübəli şirkət şəxslər tərəfindən hazırlanması, onun müəyyən standartlara cavab verməsidir.

Dövlət orqanlarının informasiya resursları reyestrə məcburi daxil ediləcək. Özəl sektor üçün isə bu, könüllülük prinsipi əsasında həyata keçiriləcək. Reyestrə daxil olmaq üçün təşkilatlar rüsum ödəməyəcəklər. Bu işin dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin hesabına maliyyələşədirilməsi nəzərdə tutulur.

 

Kaspi.-2007.-14 avqust.-S.1.