ABŞ-da Alim Qasımovun
CD və DVD-si işıq üzü görüb
Xalq artisti Alim
Qasımovun qızı Fərqanə ilə birgə ABŞ-da
CD və DVD-si işıq üzü çörüb. Xanəndənin
ailəsindən APA-ya bildirilib ki, disk dünyanın bir
sıra ölkələrinə yayılacaq.
Bir ildən
artıqdır ki, hazırlanan CD və DVD-də xanəndələrin
ifasında muğamlar və xalq mahnıları yer alıb. Toplunun
təqdimat mərasimində iştirak etmək
üçün A.Qasımov sentyabrın 30-da Kanadaya
səfər edəcək. Diskin Azərbaycana gətirilməsi
də nəzərdə tutulub. Diskdə xanəndələri
Rauf İslamov, Ələsgər Məmmədov və Natiq Şirinov müşayiət
edib.
Azadlıq.- 2007.- 17 avqust.- S. 15.