Alim Qasımov Fransada hazırlanan Leyli və Məcnunu Azərbaycanda nümayiş etdirəcək

 

Xanəndələr Alim Qasımov və Fərqanə Qasımova Fransadan səfərdən qayıdıb. Bu barədə məlumat verən Alim Qasımov deyib ki, səfər zamanı onlar Yo Yo Manın rəhbərlik etdiyiİpək Yoluansamblının iştirakı iləLeyli Məcnunoperası əsasında yeni səhnə variantı hazırlanıb. Layihədə xanəndələri ansamblla bərabər, Rauf İslamov Ələsgər Məmmədov müşayiət edir: “Bu konsertdə operanın əsas hissələrini ifa edirik. Konsertimiz 45 dəqiqədən ibarətdir. Demək olar ki, artıq hazırdır, ancaq mən yenə üzərində işləmək istəyirəm”.
A. Qasımovun sözlərinə görə, konsertin premyerası noyabrda Amerikada olacaq. Layihənin hazırlanması təklifininİpək Yoluansamblından gəldiyini deyən xanəndə yeni variantda hazırlanacaqLeyli Məcnunda müasir çalğı alətlərindən istifadə olunduğunu qeyd edib: “Bu layihəni Azərbaycanda da nümayiş etdirmək istəyirəm. Çox güman ki, bunun üçün buradakı orkestrlərlə işləyəcəyəm. Çünkiİpək Yolunun Azərbaycana gəlməsi qeyri-mümkündür. Ancaq bu ilin sonuna kimi Azərbaycan tamaşaçıları bizim ifamızdaLeyli Məcnunu eşidəcəklər

 

Ekspress.-2007.-29 avqust.-S.16.