Həqiqət

 

Dövlət qurumlarının saytlarında monitorinqlər davam edir

 

İnternet resurslarının təkmilləşdirilməsi məqsədilə tövsiyələr hazırlanıb

 

İnformasiya Azadlığının İnkişafı" Koalisiyası tərəfindən dövlət orqanlarının internet resurslarının monitorinqi hazırda da davam etdirilir.

Monitorinq koalisiya tərəfindən hazırlanan "Dövlət orqanlarının İnternet resurslarının Monitorinqinin Metodikası"na uyğun olaraq həyata keçirilir. Metodika əsasən "İnformasiya əldə edilməsi" haqqmda qanuna, "Dövlət orqanlarının və Bələdiyyələrin İnternet resurslarının formalaşdırılması" qaydalarına, eləcə də beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb. Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzindən verilən məlumata görə, monitorinq zamanı açıqlanması məcburi olan informasiyaların İnternet resurslarda yerləşdirilməsinin, dövlət xidmətlərinin elektron formada göstərilməsinin və internet resursların çevikliyinin qiymətləndirilməsi həyata keçirilir. Koalisiya tərəfindən indiyədək otuzdan çox dövlət qurumunun - nazirliklərin, dövlət komitələrinin, parlamentin rəsmi internet resurslarının monitorinqi aparılıb. Monitorinq nəticəsində dövlət qurumlarının rəsmi internet resurslarının mövcud vəziyyəti analiz olunub və indiyədək aparılan monitorinqin nəticələri ilə bağlı, eləcə də onların fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə müvafiq tövsiyələr hazırlanıb. Monitorinqin yekunu olaraq növbəti ayda dövlət orqanlarının İnformasiya Açıqlığı üzrə Reytinq Cədvəlinin tərtib olunması və ictimaiyyətə açıqlanması nəzərdə tutulub.

 

Kaspi.- 2007.- 24 avqust.- S. 13.