Şahin Növrəsli
yeni saytına təqdimat keçirib
Gənc
pianoçu-cazmen Şahin Növrəsli yeni saytına
təqdimat keçirib. Caz ifaçısı saytına
təqdimat keçirməklə yanaşı,
İsveçrədə baş tutan “Montre” festivalından
danışıb. Şahin Növrəsli bildirib ki,
festivaldakı uğurundan sonra onun üçün
İsveçrənin məşhur səsyazma
studiyalarının birində işləmək imkanı
yaradılıb. Ş.Növrəslinin sözlərinə
görə, onu daha çox sevindirən Azərbaycanın
adının festivalda uğurla təmsil olunması olub.
Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəyli caz
ifaçısının birinci deyil, ikinci yerə sahib
çıxmasının səbəbini açıqlayıb:
"Müsabiqədə münsiflər heyətinin sədri
türk idi. Ona görə də dedi ki, "mən türk, Şahin türk.
Ona birinci yeri vermək
çətin olar".
Yeni istifadəyə verilən
shahinnovrasli.com saytına gəlincə,
burada cazmen haqqında ətraflı məlumatlar yer alıb. Azərbaycan, ingilis
və rus dilində olan albomları haqqında məlumatlar, məşhur musiqiçilərin
onunla bağlı dedikləri, konsertləri haqqında və s. məlumatlar əldə etmək olar.
Ayna.- 2007.- 8 avqust.- S. 8.