Qurbanlı D.
Aşıq
İsfəndiyarın 70 illik yubileyi qeyd olunub
Azərbaycanımızın
qədim mədəniyyətə, tarixə malik, saz-söz
sənətinin, folklorumıızun qədim
məskənlərindən olan, gözəl təbiətə
malik, abad və yaraşıqlı, günü-gündən
yeni-yeni uğurlar, nailiyyətlər əldə edən,
qəhrəman, igid oğulları, alimləri, şairləri,
yaradıcı el aşıqları ilə xalqımızın
çoxəsrlik mədəniyyəti tarixində
özünəməxsus yer tutan Gədəbəy rayonu
ölkəmizdən kənarda da məşhurdur. Bu
günlərdə mədəniyyət evində
görkəmli el sənətkarı Azərbaycanın xalq
aşığı, əməkdar mədəniyyət
işçisi, prezident təqaüdçüsü,
"Heydər baba" şerinin ilk müəllifi va
ifaçısı aşıq İsfəndiyar
Rüstəmovun 70 illiyi təntənəli surətdə qeyd
edilib.
Yubilyarı təbrik
etmək üçün ayrı-ayrı rayonlardan,
şəhərlərdən - Bakıdan, Gəncədən,
Şəmkirdən, Tovuzdan, Gürcüstandan və digər
bölgələrdən şairlər, yazıçılar,
el sənətkarları, alimlər, həkimlər,
folklorşünaslar, idarə, müəssisə
rəhbərləri və b. şəxslər
mədəniyyət evinə, rayon mərkəzinə
toplaşıblar.
Yubilyar və onu
təbrikə gələnlər ümummilli liderimiz,
dövlətimizin qurucusu və banisi, müdrik rəhbərimiz
Heydər Əliyevin möhtəşəm abidəsini
ziyarət ediblər, gül dəstələri qoyublar.
Sonra tədbir öz
işini davam etdirib.
Aparıcı,
görkəmli folklorşünas alim, aşıq
sənətinin mahir bilicisi və təbliğatçısı
Elxan Məmmədli çıxış edərək
aşıq sənətinin tarixi və bu günü,
aşıq İsfəndiyarın bu sənətin inkişafında,
zənginləşdirilməsində rolu və
xidmətlərindən, XX əsr aşıq məktəbinin
daha da inkişaf etdirilməsində onun yaradıcı
aşıq-şair kimi tarixi xidmətlərindən və onun
şəxsi keyfiyyətlərindən, dünyada və
türk dünyasında onun yaradıcılığına,
səsinə yüksək qiymət verilməsindən
geniş söhbət açıb və onu öz adından
və iştirakçılar adından təbrik edib.
Yubiley tədbirində
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı
Kamran Rzazadə çıxış edərək
dövlətimizin, ulu öndərimizin layiqli davamçısı
prezident İlham Əliyevin bütün sahələrə
göstərdiyi diqqət və qayğıdan, dövlət
başçımızın uğurlu daxili və xarici siyasətindən
və eyni zamanda ölkənin birinci xanımı Mehriban Əliyevanın
təhsilimizə, mədəniyyətimizə,
mədəniyyət işçilərinə
göstərdikləri qayğını yüksək
qiymətləndirib. Və yubilyarın
yaradıcılığına, ictimai fəaliyyətinə
yüksək qiymət verərək onu təbrik edib.
Yubilyara
Mədəniyyət Nazirliyinin təbrik teleqramı oxunub. Bundan
başqa İrandan, Türkiyədən və digər MDB
dövlətlərindən təbrik teleqramları
göndərilib.
Tədbirdə şairlər,
yazıçılar, elm və mədəniyyət,
səhiyyə işçiləri, respublika Aşıqlar Birliyinin
rəhbərliyi, el sənətkarları, aşıqlar
çıxış ediblər. Aşığın yaradıcılığına
yüksək qiymət verilib və həqiqətən də
aşığın XX əsrin ikinci yarısından bu
günədək olan əlli ildən artıq bir dövrü
əhatə edən yaradıcılığı aşıq
sənətimizin zənginləşməsində rolu
xüsusi qeyd edilib.
Aşığın
1990-cı illərdə yazdığı "Heydər baba,
dərdimizə şərik ol" şeiri, 1998-ci ildə
Gəncə şəhərində Heydər Əliyevin
qarşısında yeni bir "Heydər baba"
şerilə mahnı ifa etməsi, Heydər Əliyevin isə
aşığın baba deyə müraciət etməsinə
aşıq İsfəndiyara gülə-gülə
"mən babayam daha?!" deməsi və
aşığın isə Heydər Əliyevə -
"Atatürk türklərin atasıdır, ona ata adı
veriblər, sizə də öz şeirimlə milyonların
fikrini ifadə edərək baba adı verirəm"
deməsi və s. söhbətləri və xatirələri
barədə geniş söhbət açılıb.
Yubiley mərasimində
çıxış edən Aşıq İsfəndiyar
yubiley iştirakçılarını salamladıqdan sonra
yubileyin təşkilatçılarına, rayon icra
hakimiyyətinin başçısı Kamran Rzazadəyə
minnatdarlığını bildirib. Əməyinı verilən
yüksək qiymətə görə prezident İlham
Əliyevə dərin təşəkkürünü və
minnətdarlığını bildirib. Ulu öndərimiz Heydər
Əliyevin tarixi xidmətlərindən, onunla
görüşüb söhbət etməsindən
ürək dolusu danışıb və Allahdan ona
rəhmət diləyib. Aşıq öz sazı, sözü
ilə yubiley mərasimində gözəl mahnılar ifa edib.
Biz də təbrikə
qoşuluruq və aşıq İsfəndiyarı
əlamətdar yubileyi anadan olmasının 70 illik yubileyi
münasibəti ilə təbrik edir, ona uzun ömür, can
sağlığı, yeni-yeni yaradıcılıq
uğurları arzu edirik. Gün o gün olsun ki, 100 illik yubileyinizi
qeyd edək! 70 yaşınız mübarək, aşıq
İsfəndiyar!
Azad Azərbaycan.- 2007.- 1 avqust.- S. 6.